adalet.az header logo
  • Bakı 24°C
  • USD 1.7
18 Aprel 2017 11:47
15928
MARAQLI

Roma papası ad gününü pivə içməklə qeyd etdi - FOTO

Müqəddəs taxtın rəsmi nəşri "L'Osservatore Romano” Roma Papası XVI Benediktin öz 90 illik yubileyini doğma Bavariyadan olan qonaqlar ilə qeyd etdiyinə dair məlumat yayıb.

Adalet.az Life-a istinadən xəbər verir ki, o, təntənəli anı pivə ilə qeyd edib.

Nəşr XVI Benediktin qonaqları ilə birgə masada əlində pivə bakalı ilə şəklini dərc edib. Papanın qardaşı Monsenyor Georq Rattsingerdə ona qoşlub.

XVI Benediktə hədiyyələrin olduğu səbət təqdim edilib."The New York Times” nəşrinin yaydığı məlumata görə, səbətdə sosilər və kolbasa məmulatları olub.

XVI Benediktyubileyindən bir gün sonra təbrik edilib.

O, 1927-ci ilin aprel ayının 16-da dünyaya gəlib, builki ad günü Pasxa bayramı ilə üst-üstə düşüb.