RİNN-nin bütün elektron xidmətləri "mygov"a inteqrasiya olunub
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə (RİNN) məxsus Vahid Elektron Xidmətlər Portalı (portal.rinn.az) saytında təqdim edilən bütün elektron xidmətlər "mygov" tətbiqi və "my.gov.az" veb platformasına inteqrasiya edilib.
Adalet.az xəbər verir ki, bununla da RİNN-in strukturuna daxil olan və tabeliyindəki qurumların bütün elektron xidmətləri (57 xidmət) "mygov" üzərindən həyata keçiriləcək.
Qeyd edək ki, Vahid Elektron Xidmətlər Portalı 2022-ci ildə RİNN və tabeliyindəki qurumların bütün elektron xidmətlərinin vahid sistem üzərindən əldə edilməsi məqsədilə yaradılıb. İlk olaraq portala 6 xidmət inteqrasiya olunub. Bunlar “AzInTelecom” MMC-yə aid “Mobil cihazların qeydiyyatdan keçirilməsi”, “Mobil cihazların qeydiyyat tarifi”, “IMEI yoxlama”, “Lokal çıxış (şəhər, rayon, daxili) danışıqlarının statistikası, “Vətəndaşların adına olan mobil nömrələr haqqında məlumat”, həmçinin “Azərpoçt” MMC-yə aid “Poçt göndərişlərinin izlənilməsi” xidmətləridir. Daha sonra digər 51 xidmətin də portala inteqrasiyası həyata keçirilib.
Digər Xəbərlər
21 Oktyabr 2026 07:07
Süni intellekt indi də oğurluq etdi
20 Oktyabr 2026 11:42
Azərbaycanın dövlət qurumlarına genişmiqyaslı kiberhücumlar olur
19 Oktyabr 2026 14:40
“Bakcell”in baş icraçı direktoru ADA Universitetinin tələbələri ilə görüşüb - FOTOLAR
18 Oktyabr 2026 11:40


Bakı -°C

