“Rusiya rəhbərliyi çalışır ki, Qərb koalisiyasını parçalayıb...” – Politoloq
“Rusiya ABŞ və Avropa arasında koalisiyasını parçalamağa çalışır. Rusiya Avropanın təhlükəsizliyini təhdid edir. Hər gün bir ya iki Pua Avropa hava məkanında görünür. Avropa liderləri konkret qərarlar verib, Rusiyanın artan təxribatlarına kompleks müqavimət göstərmək əvəzinə, məsləhətləşirlər”.
Adalet.az xəbər verir ki, bunu politoloq Məhəmməd Əsədullazadə deyib.
Onun sözlərinə görə, demək olar ki, Putin ABŞ ilə Avropa arasında fikir ayrılıqlarına nail olur:
“Təssüf ki, ABŞ administrasiyası Moskvanın narrativlərini qəbul edir. Rusiya rəhbərliyi çalışır ki, Qərb koalisiyasını parçalayıb, Ukraynada istəyinə nail olduqdan sonra, Cənubi Qafqaza və Mərkəzi Asiyaya təzyiqlər artırsın. Hazırda, bu təzyiqlər vaxtaşırı edilir. Qərb koalisiyasının parçalanması, Rusiyanın fövqəl dövlət olması deməkdir. Həmçinin Ukraynanı öz ərazilərindən imtinaya məcbur edilməsi, Moskvanin Qərb üzərində taktiki qələbəsi və güc yolu ilə sərhədlərin dəyişilməsinin əsasının qoyulmasıdır. Bununla da beynəlxalq müstəvidə yeni prsedentlər yarana bilər. D. Tramp Kanadanı və Qrenlandiyanı işğal etməklə hədələməsi bu avantüranin tərkib hissəsi idi. Qərb Rusiya təcavüzünü durdurmaq gücündədir. Amma, bunun üçün siyasi iradə nümayiş etdirmir. Avropa Ukraynada döyüşməyə çəkinirsə, Rusiya sabah Polşanın qapısını döyə bilər. Bunun baş verməməsi üçün Almaniya, Böyük Britaniya, Fransa və Polşa Rusiyanı durdurmaq gücündədir”.
Vasif ƏLİHÜSEYN
Digər Xəbərlər
01 Dekabr 2025 12:29
"Bu dəhlizin inşası 2026-cı ilə qədər başa çatacaq" - Hikmət Hacıyev
01 Dekabr 2025 12:20
“Düşmən buna görə Laçını döyüşsüz qaytarmağa məcbur oldu...” – Ədalət Verdiyev
01 Dekabr 2025 12:15
Hikmət Hacıyev Azərbaycan-Rusiya münasibətlərindən danışıb
01 Dekabr 2025 12:03
ATƏT Minsk prosesi başa çatdı
01 Dekabr 2025 11:17
İlham Əliyev rumıniyalı həmkarını təbrik etdi
01 Dekabr 2025 08:42
Prezidentdən Laçının azad olunmasının ildönümü ilə bağlı PAYLAŞIM
30 Noyabr 2025 14:03
Türksoylu statusu yalnız başqa ölkələrdə yaşayan milli azlıqlara verilir - Səfir
30 Noyabr 2025 13:51


Bakı -°C

