adalet.az header logo
  • Bakı -°C
01 Dekabr 2025 12:42
54
İDMAN
A- A+

“Qarabağ”ın rəqibinin matçı yarımçıq dayandırıldı

Futbol üzrə Niderland çempionatının XIV turunda keçirilən "Ayaks" - "Qroningen" matçı yarımçıq dayandırılıb.

Adalet.az xəbər verir ki, buna azarkeşlərin “Amsterdam Arena”da təşkil edilən matçda meydana fişəng və digər alışqan maddələr atması səbəb olub.

Baş hakim 13-cü dəqiqədə matçı dayandırıb. Qarşılaşma dekabrın 2-də azarkeşsiz baş tutacaq.

Qeyd edək ki, "Ayaks" "Qarabağ"ın Çempionlar Liqasının liqa mərhələsindəki rəqiblərindən biridir. Ağdam klubu bu komandanı dekabrın 10-da Tofiq Bəhramov adına Respublika Stadionunda qəbul edəcək.