adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7
14 May 2019 17:08
16275
ƏDƏBİYYAT

REZİDENT

SSRİ-nin xalq artisti Georgi Jjyonov Sovet məkanındaçox populyar və sevilən aktyor olub. O, geniş aktyorluq diapazonuna malik teatrvə kinoda bir-birinə zidd, güclü xarakterlər, müxtəlif təbiətli, sadə və təvazökar,güclü və cəsarətli insanların obrazlarını insandırıcı boyalarla göstərməklətamaşaçı məhəbbətini qazanıb. Jjyonovun özünəməxsus təbii oyunu, plastik vəaydın nitq qabiliyyəti, habelə psixoloji cəhətdən çox dəqiq və yüksəkintellektual səhnə mədəniyyətilə çoxlarından fərqlənirdi. Aktyorluqdan əlavə o,istedadlı qələm sahibi kimi də bir neçə kitabın müəllifi olub.


Jjyonov Georgi Stepanoviç 1915-ci il martın 22-dəinqilabdan əvvəlki Petroqradda anadan olub. Cavan Georgi əvvəlcə akrobat olmaqhəvəsi ilə Leninqraddakı estrada-sirk texnikumunda təhsil alıb. Sonra meyliniteatr və kinoya verib. 1935-ci ildə Jjyonov Leninqrad teatr məktəbindəS.Gerasimovun sinfində oxuyub. 1938-1944 və 1949-1954-cü illərdə o qanunsuz və ədalətsizrepresiyaya məruz qalaraq həbs olunub. Həbsxana həyatını yaşayarkən Jjyonovçilingər, sürücü, meşəqırıcı peşələrinə də yiyələnib. Demək lazımdır ki, kino çəkilişlərizamanı bu peşələri bilməsi ona yardımçı olub. Sonralar Jjyonov 1944-65-ci illərərzində ölkənin müxtəlif şəhərlərinin teatr səhnələrində çıxış edib. Nəhayət,bir müddət Lensovet teatrında işləyib.1969-cu ildən isə Moskvadakı Mossovetteatrının truppasına daxil olub. Bu teatrın səhnəsində Jjyonov bir sıra tamaşalarda yaddaqalaobrazları oynayıb. O cümlədən: Palçikov (A.Arbuzovun "Gecə işığı"),Norman Tayer (E.Tomsonun "Qızıl gölün sahilində"), Panayev (A.Şteynin"Qara qardemarin") və Diktator (R.İbrahimbəyovun "Kaliforniyadayas mərasimi") - premyeradan sonra bu əsər rəsmi ləğv olundu.Jjyonovun kinoda ilk çəkilişi 1933-cü ildə "Qəhrəmanın səhvi" (səssizfilmdə) Paşka Vetrov rolu olub.

Georgi Jjyonov aktyorluq sənətinin çətin və maraqlıyolunu keçib. Onun yaradıcılığının əsas mövzusu oynadığı qəhrəmanların fədakarlığı,xeyirxahlığı və işə məsuliyyətlə yanaşması olub. Aktyorun ifasında xüsusiləmöhkəm iradəli xarakterə malik olan insanların obrazları daha uğurlu alınırdı.Lakin Jjyonov müsbət qəhrəmanlarla bərabər mənfi rolları da, onların mürəkkəb,insan təbiətinin bir-birinə oxşamayan xasiyyətini də ustalıqla göstərməyibacarırdı. O ardıcıllıqla televiziya və kinoda da müxtəlif səpkili rollaroynayıb. Bu rolların sırasında avtoinspektor ("Avtomobildən özünüqoru", 1966), Muromtsev ("Mənim sevdiyim insan", 1967), VilliStark ("Kralın bütün qoşunu", 1971, t/f), General Bessenov("Güclü qar", 1973), RSFSR Dövlət mükafatına və Dovjenko adına gümüşmedala layiq görülmüş filimlər var. Bunlardan əlavə Jjyonovun ifasında çoxuğurlu sayılan Sergey Petroviç ("Gecə qonağı", 1959, t/f), Qnezdilov("Sakitlik", 1964), Rayevski ("Eskadranın məhvi", 1966),general Timerin ("Saturna yolu" və "Saturnanın sonu", 1967,"Qələbədən sonra döyüş", 1972), Suxoxlyobov ("Doktor Vera".1968), Emelyan Lyubavin ("Lyubavinlərin sonu", 1972), Zubavin("Hədəf seçimi", 1976), Timçenko ("Ekipaj, 1980) və digərrolları göstərmək olar. Jjyonovun kinobioqrafiyasında masştab rollar hesab edilənZarokov-Tulyev ("Rezidentin səhvi", 1968, "Rezidentin taleyi,1970 və "Rezidentin qayıtması", 1982) filmlərinin qəhrəmanı daimdaxilən digər personajlarla mübahisə edir və bu qarşıdurmada onun xarakterininböyüklüyü özünü biruzə verir. Bu barədə ətraflı bir qədər sonra.

Əgər Jjyonovun oynadığı rolları təsnifat etsək, görərikki, onun qəhrəmanlarının əksəriyyəti hərbiçilərdir; serjant Jeltıx("Üçüncü raketa"), batalyon komissarı ("Təslim olmayaninsan"), mayor Braytsov ("Düzəlişə inanmaq") və başqaları.Jjyonov oynadığı personajların hamısını demək olar, fərdiləşdirib: təbii vəinandırıcı şəkildə təsvir edib. Lakin aktyorun əsas və başlıca rolları əkskəşfiyyatarəhbərlik edən yüksək rütbəli zabitlər daha çox yadda qalır. Buna misal"Saturna yolu" və "Saturnanın sonu" ekran əsərindəki general Timerini göstərmək olar.Filmin qəhrəmanı cəbhədə şiddətli döyüşlər gedən zamanı rəhbərlik etdiyi kəşfiyyatmərkəzində oturub, gecə və gündüz düşmən arxasında məxfi iş aparan tabeliyindəolanlardan məlumat aldıqdan sonra lazım olan qərarları verir.

"Hədəflənmiş atom" filminin qəhrəmanı isəbizim müasirimiz olan polkovnik Dubrovindir. O, cavan, təcrübəsiz oğlanın azqala xarici kəşfiyyat tərəfindən ələ keçirib və onu vətən xaini etməkdən xilasedir. Sonra Dubrovin Sovet ölkəsinin ərazisində təxribat işi aparan təhlükəli düşmənagentlərinin axtarıb tapılmasında həmin oğlanın köməyindən istifadə edir.

Demək lazımdır ki, Jjyonovun əkskəşfiyyatçıları hərbiçilərdənfərqli olaraq daha səmərəli üsullardan istifadə edə bilirdilər. Onlar daha dərindüşüncəyə və analitik qabiliyyətə malikdirlər.

"Rezidentin səhvi" və "Rezidentintaleyi" filmində Zarokov familiyalı xarici vətəndaş sövet ölkəsinə gəlib.Əslində o, Tulyev adı ilə emiqrant kimi özünü göstərir. Jjyonovun bu roluindiki halda maraqlı olsa da, olduqca mürəkkəbdir. Zarokov təxribat işləriaparmaq məqsədilə xarici kəşfiyyat tərəfindən SSRİ-yə göndərilib. O, vaxtiləölkədən xaricə qaçmış ağqvardiyaçının oğludur. Qərib ölkədə yaşadığı illərdəona Rusiyaya nifrət hissini aşılayıblar. Lakin Rusiyaya gələndən sonra gənc psixolojivə mənəvi böhran keçirir. Tezliklə o, vətənə xəyanət etmək fikrindən vaz keçir.Təkcə ona görə yox ki, Rusiya atasının vətəndiri. Zarokov burada çox yaxşıadamlarla tanış olur və onu özünkü hesab edirlər. Bir qadını sevdikdən sonra isəRusiyada "kök salır" və xarici kəşfiyyat üçün işləməyi başındançıxarır.

Müxtəlif obrazlar yaratmaqla bərabər, Jjyonovu xüsusitipajları oynamaq daha çox cəzb edirdi. Özünün dediyi kimi, -"Məndə güclü xarakterlər, iradəli, dözümlü və çətinanlarda soyuqqanlı olan qəhrəmanları oynamaq istəyi var idi."

... Faşistlərin işğal etdiyi əraziyə düşmüş yaralıkomissar, polkovnik Suxoxlyovu doktor Vera həyatı ilə risk edərək, onuhospitalda saxlayır. "Doktor Vera" filminin qəhrəmanı özünü aqronomkimi qələmə verir və səbrli, azdanışan, qaraqabaq adam kimi göstərməyə çalışır.

G. Jjyonovun yaratdığı qəhrəmanlar müxtəlif qiyafədə,mənəvi-əxlaqi və ictimai mövqeyindən asılı olmayanlar daha yaxşıbaxılırlar. Aktyorun maraqlı obrazlarındanbiri də Amerika yazıçısı Robert Penn Uorrenin "Kralın bütün qoşunu"romanı əsasında çəkilmiş eyniadlı televiziya filminin qəhrəmanı Villi Starkrolu sayılır. Əyalət vəkili, sonralar ştatın qubernatoru olan Villi StarkJjyonovun ifasında asanlıqla tanınan əsl tipik amerikalı siyasətçidir. Gülərüzlü,cazibəli xarici görkəmi, demokratik xarakterli, tribunadan sərbəst, aydın nitqlədanışan centlmendir. Lakin o, gözəl çıxışı ilə utanmaz demaqoqluğunu gizlətməyidə bacarır.

Jjyonovun "Güclü qar" kinofilminin personajıgeneral Bessanovun bütövlükdə konkret, məqsədyönlü, sifətindəki qırışlar isəyaşadığı ağır və çətin günlərin əlamətidir. Onun ifasında general Bessenovunbir fərd olması açıq-aşkar görünür. Burada aktyor böyük imkana malikdir. Çünki filmin bünövrəsiniYuri Bondarevin istedadlı romanı və aktyorun məharətli ifası ekran əsərinin müvəffəqiyyətqazanmasına səbəb olub.

Filmin əvvəlində Jjyonovun qəhrəmanı sərt və quru,hissiyatsız, sanki iradəsi bərk sıxılmış halda təsvir olunub, qaraqabaq, əsgəriruhlandırmağa sözü olmayan komandirdir. Stalinqrad uğurunda şiddətli döyüşdəordu generalı təkcə tabeliyində olanlarla deyil, ilk növbədə özünə qarşı sərt vəamansız görünür.

Filmin bir epizodunda Bessonov hərbi şuranın üzvükomissar Vesnin ilə blindajda təkbətək söhbət zamanı mübahisə etməs onun kəskinpsixologiyasını və əsəbi halda danışmasını başa düşmək çox vacibdir. Qısaca həmindialoqa aydınlıq gətirmək üçün generalın sözlərini təkrar etmək yerinə düşər.Bessonov komissara sakit tərzdə deyir:"Əgər mən fikirləşsəm ki, onlarınatası, anası, uşaqları var və onları evdə gözləyirlər, o zaman əmr etmək mənimüçün çətin olar. "

Yalnız döyüş başa çatandan sonra general Bessonovsakitləşir, sağ qalmış əsgərlərin əlini sıxır, orden və medallarla təltif edirvə onlara çox sağ ol deyir.

Beləliklə, demək olar, Georgi Jjyonov mətin iradəli,güclü, fədakar, vətənin azadlığı uğurunda hər bir çətinliyə dözən insanlarınobrazlarını sovet kinosənətində parlaq şəkildə canlandıran qabaqcılaktyorlardan biridir. Bəlkə də birincisidir.

Sonda qeyd etmək lazımdır ki, Georgi Jjyonov"Sozvezdiye" (1992) və "Kinotavr" (1995) festivallarındakinosənəti sahəsində göstərdiyi xidmətlərə görə xüsusi mükafatlara layiqgörülüb.

Böyük həyat təcübəsinə malik olan istedadlı sənətkarJjyonov eyni zamanda bacarıqlı qələm sahibi sayılır. O, "Omçaqvadisi" (1989), "Xizəklər" (1997) və "Yaşadığım günlər"(2002) kitablarının da müəllifidir.

G. Jjyonov ömrünün axırına kimi Rusiya FederasiyasınınPrezidenti yanında vətəndaş cəmiyyəti və insan hüquqlarına yardım və onlarıninkişafı institutlarının şurasının üzvü olub. Onun həyatı və yaradıcılığı barədəsənədli film də çəkilib.

Həyatın hər bir sınağından çıxmış, istedadlı,unudulmaz aktyor və yazıçı Georgi Stepanoviç Jjyonov 2005-ci il dekabrın 8-də90 yaşında Moskvada vəfat edib.

Həsən Tağıyev

Tel.: 569 17 09