adalet.az header logo
  • Bakı -°C
04 Dekabr 2025 10:17
41
DÜNYA
A- A+

Reuters: Ağ Ev Rusiya nümayəndələri ilə görüşdən məmundur

Reuters agentliyinin bildirdiyinə görə, Donald Trampın   administrasiyası, xüsusi elçi Stiv Uitkoff və prezidentin kürəkəni  Cerald Kuşnerin Rusiya prezidenti Vladimir Putinlə əhatəli və səmərəli keçirilən görüşündən məmun qalıb.

Ağ Evin nümayəndəsi, agentliyin əməkdaşı ilə söhbətində bəyan edib ki, Stiv Uitkoff və Cerald Kuşner Moskva danışıqlarının nəticələrini prezident Donald Trampa məruzə ediblər.

  "Birləşmiş Ştatlar və Rusiya ətraflı və səmərəli görüş keçiriblər. Onlar daha sonra, prezident və Ukrayna tərəfi ilə,  Moskva görüşü ilə bağlı brifinq keçiriblər"- deyə mənbə bildirib.

Verilən məlumatda qeyd olunur ki,  beş saata yaxın davam edən görüş zamanı, tərəflər danışıqların nəticələri barədə məlumat yayılmaması ilə bağlı razılıq əldə ediblər.

 Maraqlıdır ki, RF-sı görüşlərindən sonra, Uitkoff heç bir səbəb göstərmədən, Ukrayna prezidenti Volodimir Zelenskiylə Brüsselfə planlaşdırılan görüşü təxirə salıb.

 Rüstəm Hacıyev