adalet.az header logo
  • Bakı -°C
03 Dekabr 2025 19:15
46
DÜNYA
A- A+

Tanınmış yazıçıya 15 il həbs cəzası verildi

Yazıçı Boris Akunin qiyabi olaraq 15 il həbs cəzasına məhkum edilib.

Adalet.az xəbər verir ki, Moskva Məhkəməsi Qriqori Çxartişvilini (yazıçının əsl adı -red.) xarici agentlər haqqında qanunu pozmaqda günahkar bilib.

O, əvvəllər terror fəaliyyətinə kömək etməkdə və terrorizmi haqlı çıxarmaqda məhkum edilmişdi.

"Erast Fandorinin macəraları"nın müəllifi 10 ildən çoxdur ki, Avropada yaşayır.