adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7
21 Dekabr 2017 16:47
57391
MÜSAHİBƏ

Rəssamları küçəyə atırdılar… - MÜSAHİBƏ

Rəssamlıq sənətinin Azərbaycanda ən qədimnümunələri arasında e.ə. VIII-V əsrlərdən qalmış "Qobustan" qayatəsvirləri, Kəlbəcər rayonunun "Ayıçınqılı" və "Pəriçınqıl"dağlarındakı Tunc dövrünün başlanğıcına (e.ə. 3-cü minillik) aid rəsmlər,Ordubad şəhərindən şimalda, "Gəmiqaya" dağlarındakı qayaüstütəsvirlər müstəsna əhəmiyyətə malikdir.Qobustan qayalarında həkk olunmuş rəsmlərdə, orada yaşamışqədim insanların həyat tərzi, məişəti, əməyi ilə əlaqədar təsvirlər xüsusimaraq doğurur. Burada ovçuluq, maldarlıq, əkinçilik və məişətin digər sahələriilə bağlı müxtəlif süjetlər, səhnələr, insan və heyvan təsvirləri həkk olunub.

XX əsrin 90-cı illərində AzərbaycanRespublikasının müstəqilliyi şəraitində milli mədəniyyətin, o cümlədən təsvirisənətin inkişafında yeni mərhələ başlanıb. N.Qasımov, M.Tağıyev, S.Haqverdiyev,T.Cavadov, F.Xəlilov, A.İbrahimov, B.Maratlı, N.Rzayev, Ə.Əsgərov,U.Haqverdiyev və b. rəssamlar boyakarlıq janrında orijinal tablolar yaradıblar.

Azərbaycan rəssamlığı görkəli adlarlabağlıdır, onlar - Əzim Əzimzadə (karikaturalar), Səttar Bəhlulzadə (realist vəimpressionist üslubları ilə cəkilmiş gözəl mənzərələr), Tahir Salahov (sərtüslüb), Toğrul Nərimanbəyov (romantik əsərlər, Azərbaycan folkloru vəminiatürla bağlı dekorasiyalar, divar rəsmləri və illüstrasiyalar), MikayılAbdullayev (portret silsiləsi) və başqalarıdır.

Rəssamlığın əlifbasını "ƏzimƏzimzadə” adına texnikomda öyrənmiş Nizami Atakişiyev də istedadlı rəssamlardanbiridir. Nizami bəyin ən yaxşı müəllimi Lətif Feyzullayev olub. Elə əlifbasınıda o öyrədib. TiflisAkademiyasındakı gürcü müəllmlərinin adları yadımdan çıxsa belə, onlarıunutmayıb.


Adalet.az rəssam Nizami Atakişiyevləmüsahibəni təqdim edir.

-Modelyanideyir ki, rəssamlar Tanrıya bənzəyir ancaq can verə bilmir. Siz necə özəsərlərinizə can verə bilirsiz?

-Can vermək olmur. Yalnız ruhunu ifadə edə bilərsən. Bəzi rəssamlar bunamisaldır: Səttar Bəhlulzadə, Toğrul Nərimanbəyov. Bunun izahını vermək çoxçətin məsələdir. Rəssamlıqda bu illuziyaya bənzəyir. Yəni gərək özünqarşılaşasan. Biz kimik ki?! Canı Allah verir. Biz Tanrının yerdəkioxşarlarıyıq. Tanrı ilə fərqimiz odur ki, biz bənzətməyə çalışırıq, O isəyaradır.


-Bildiyiməgörə, Tiflisdə təhsil almısınız. Hansı müəllimlər sizə rəssamlığın əlifbasınıöyrətdi?

-Rəssamlığın əlifbasını "Əzim Əzimzadə” adına texnikomda öyrənmişəm. LətifFeyzullayev ən yaxşı müəllimim olub. Elə əlifbasını da o öyrədib. TiflisAkademiyasındakı gürcü müəllimlərinin adları yadımdan çıxsa belə, onlarıunutmuram. Mənə çox şey öyrətdilər. Rəssamlıqda üç əsas tələb var: rənkgarlıq,rəsm, kompozisiya. Gürcü dostlarımla onların doğum günlərini qeyd edərdik.Yığışıb rəssamlıqla bağlı söhbətlər edərdik. Onlarla maraqlı, yadda qalangünlərim olub.


-Peyzaj çəkməyi sevirsiz?

-İşim-gücüm elə peyzaj çəkməkdir. (gülür) Peyzajmənzərə deməkdir. Təbiətdən olduğu kimi götürülür. Daha çox maddi cəhətdən zəifolanlar bu janra üstünlük verir. Yəni mənim kimi rəssamlar... Peyzaj janrındanatirmot və mənzərəyə üstünlük verirlər. Rəssamlar süjetli tablolarişləməlidir. Məişət problemləri ucbatından rəssamlar "kopya” edirlər. Sovetvaxtı Azərbaycan Bədii Fondu deyilən kombinat vardı. Ora sifarişlər gəlirdi,oranın kim üzvü idisə sifarişləri götürüb işləyirdi. Daha sonra komissiyaişlərə baxır və yaxşı olmasa səhvlərini deyirdilər. Çəkdiyin rəsmin üzərindəyenidən işləyə bilirdin. İndi isə sərbəstsən. Heç kim sənə qarşımır. Belə olanhalda rəssamlıq da kölgədə qalır. Bizim camaat daha çox fotonu sevir. Əslsənəti başa düşmürlər. Əgər fotonu olduğu kimi işləyirsənsə, onu bəyənir vəalırlar. Gəlir az olduğundan rəssamlar ona görə müəllim işləyirlər. Rəssamlarİttifaqının üzvüyəm. Sərgi açmaq istəsəm onlar hər zaman sərgi salonunu pulsuztəşkil edirlər.


-Dünyarəssamlarından yaradıcılığını və əsərlərini izlədiyiniz varmı?

-Dünya rəssamlarından daha çox intibah dövrünün rəssamları Leonardo Da Vinçi,Mikallencelo, Rafael El Dreko, Rembrand böyük rəssamlardır. Leonardo DaVinçinin "Mono Liza” əsəri ən sevdiyimdir. Deyim ki, rəssam onun dodaqlarınıçəkmək üçün ömrünün 12 ilini sərf edib. Da Vinçinin çəkdiyi rəsmlər bununlakifayətlənmir.


-Tiflisdəoxuduğunuz vaxt bildiyimə görə, siz tibbi kitablarla maraqlanırdınız. Buyaradıcılığınıza nə qazandırırdı?

-Tələbəlik vaxtlarımda dünya görüşümü artırmaq üçüntibbi və fəlsəfi kitablar oxuyurdum. Onları oxumaq yaradıcılığıma böyük təsirgöstərir. Ən çox da fəlsəfə ilə maraqlanırdım.


-SonraBakıya gəldiniz və evləndiniz. Gəlin açıq bir sual verim. Ailə yaradıcılığamane olurmu?

-Sovetin vaxtına qədər yaxşı yaşamışam. Sovetdağıldıqdan sonra rəssamların hamısını küçəyə atdılar. Mənim yaradıcılığımamaddi cəhət mane olur. Hər bir yaradacı inana ailəsi əngəldir. Gərək arxandaküllü miqdarda pulun olsun ki, ailən rahat olsun. Sən də öz işlərini rahat gör.


-Dahaçox hansı üsluba üstünlük verirsiniz?

-Daha çox avanqard üslubda çəkirəm. Bütün üslublarxoşuma gəlir, "kopirovka”dan başqa. Kombinatda işləyəndə bütün rayonlardaəsərlərim vardı. Sifarişlərim çox olurdu. Mənim işlərim daha çox naturmort vəmənzərələrdir.


-Sonvaxtlar gənclər natirmot janrına üstünlük verirlər. Siz özünüzdə uşaqhazırlayırsınız, dərslər keçirsiniz. Nə vaxtsa onların arasından SəttarBəhlulzadə, Mircavad Cavadov, Toğrul Nərimanbəyov çıxacaqmı?

-Bizim Rəssamlıq Akademiyası və "Əzim Əzimzadə” kollecitamamilə korlanıb. Tələbələrə "kopya”eləməyi öyrədirlər. Bədiiliyi tamamilə itiriblər. Uşaqları tamamilə sənətbaxımından şikəst edib buraxıblar. Onlar yalnız "kopya” edirlər ki, pulqazansınlar. Yəni sənəti öyrətmirlər. Ancaq Gürcüstan məktəbi elə deyil. Mənimtələbələrimdən gələcəkdə Tahirlər, Səttarlar yetişəcək. Mən tələbələriməxaltura öyrətmirəm. Akademiya isə öyrədir.


-Aha...

-Bir dəfə Səttar Bəhlulzadənin yanına getdim. Dedinə işlərin var? Dedim nə işləyim? Böyük rəssamımız dedi ki, yerdən daş götür.Yəni sözümün qayəsi odur ki, əsas məsələ mövzu deyil, onu necə işləyirsən, necətəsvir edirsən.


Rəssamıbir cümlə ilə necə ifadə edərdiniz?

-Rəssam ətrafı fırçası, şair, yazıçı sözü, musiqiçiisə səsi ilə təsvir edir. XIX əsrin sonlarında yaşayan fransız rəssamı Sezandeyib ki, mən bir almaya bütün dünyanın xarakterini verə bilərəm.



Söhbətləşdi: Oğuz Ayvaz