Rəsmi Bakı: CNN-in sorğusuna rəsmi qaydada cavab verilib
5 iyun tarixində "CNN World" xəbər kanalının internet səhifəsində dərc olunmuş məqalədə Azərbaycan ərazisinin guya İrana qarşı hərbi və ya kəşfiyyat əməliyyatları üçün istifadə edilməsi, guya İsrailə məxsus qüvvələrin Azərbaycan ərazisində yerləşdirilməsi barədə əks olunmuş iddialar tamamilə əsassızdır və onları qətiyyətlə rədd edirik.
Adalet.az xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadənin "CNN World"-də dərc olunmuş məqalədə Azərbaycanla bağlı əsassız iddialara dair şərhində bildirib.
Onun sözlərinə görə, sözügedən məqalədə yer alan iddialar Azərbaycan tərəfindən dəfələrlə təkzib edilmiş və bu mövqe CNN-in sorğusuna cavab olaraq əvvəlcədən redaksiyaya rəsmi qaydada təqdim edilib.
“Heç bir tutarlı sübut ortaya qoyulmadan, anonim mənbələrə əsaslanan və Azərbaycanın rəsmi mövqeyini nəzərə almayan iddiaların yayımlanması jurnalistikanın obyektivlik, qərəzsizlik və peşəkar etika prinsipləri ilə ziddiyyət təşkil edir.
Dəfələrlə bəyan edildiyi kimi, Azərbaycan ərazisinin hər hansı üçüncü dövlətə qarşı hərbi əməliyyatlar, kəşfiyyat fəaliyyəti və ya digər düşmən xarakterli məqsədlər üçün istifadə edilməsi barədə iddiaların heç bir əsası yoxdur. Ölkəmiz bu kimi fəaliyyətlərə heç vaxt icazə verməyib və verməyəcək.
Azərbaycan regionda sülhün, sabitliyin və mehriban qonşuluq münasibətlərinin təşviqinə sadiqdir. Bu kimi əsassız və heç bir sübuta əsaslanmayan iddialar növbəti dezinformasiya cəhdidir.
CNN-dən əsassız iddiaların yayıldığı bu məqalənin təkzib edilməsini gözləyirik”, - Ayxan Hacızadə qeyd edib.
Digər Xəbərlər
18 Iyul 2026 10:02
“Həqiqətə inanan siyasətçi isə güzgünü daha da şəffaf edir ki...”
17 Iyul 2026 19:34
"Azərbaycan Rusiyanın təkliflərini dəstəkləyir" - Lavrov
17 Iyul 2026 16:33
Azərbaycan və Rusiya bir sıra istiqamətlər üzrə hava əlaqəsini bərpa edir
17 Iyul 2026 16:32
Ceyhun Bayramov: "3+3" formatına tələbat qalmaqdadır
17 Iyul 2026 16:15
Prezident “Gömrük tarifi haqqında” Qanununda dəyişiklik etdi
17 Iyul 2026 16:00
"Bakı və Moskva ikitərəfli münasibətləri normallaşdırıb" - Ceyhun Bayramov
17 Iyul 2026 15:46
Yeni dünya nizamında Azərbaycan – Türkiyə münasibətləri
17 Iyul 2026 15:43


Bakı -°C

