Rəşid Mahmudov: “Əgər uşaq qızılcaya yoluxubsa, bu qidaları...”
Xəbər verdiyimiz kimi Azərbaycanda uşaqlar arasında qızılca xəstəliyi yayılmaqda davam edir. Qızılca xəstəliyindən bir neçə azyaşlı da dünyasını dəyişib.
Adalet.az-a açıqlamasında tanınmış ictimai xadim, Tibb Universitetinin (ATU) dosenti Rəşid Mahmudov qızılca xəstəliyinin təhlükəsindən danışıb və uşaqların mütləq peyvənd olunmasının vacibliyini vurğulayıb:
“Qızılca infeksion uşaq xəstəliyidir və onun da vaksini var. Amma çox təəssüf ki, valideynlər uşaqlarına həmin vaksini vurdurmurlar və sonda da belə nəticələrə gətirib çıxarır. Vaksin uşaqlara iki dəfə vurulur: birinci uşağ anadan olandan sonra və bir də altı yaşında. Ondan sonra uşaq heç vaxt qızılcaya yoluxmur. Əslində qızılca xəstəliyinə hamı yoluxmalıdır. İnsan mütləq bu xəstəliyə bir dəfə tutulur. Amma təkrar bu xəstəliyə tutulma ola bilməz. Çünki qızılcanın viruslarının ifraz etdiyi toksinlər molekul şəklində çox yüksəkdir, yetmiş mindən yüksək olduğu üçün böyrəkdən ifraz olunub çıxa bilmir, bu antitellər insan bədənində ömrünün sonuna qədər qalır. Ona görə də vaksin vurdurmaq lazımdır”.
R.Mahmudov qızılcaya yoluxan uşaqlara qulluq qaydalarını da izah edib:
“Əgər uşaq qızılcaya yoluxubsa, yeri isti olmalıdır, soyuqdan qorumalıdırlar. Xəstəyə ən çox qara, ağ kişmiş və bal verilməlidir. Bununla da xəstəliyin təhlükəsini dəf etmək olar. Əgər fəsad versə, onda xəstəlik ağır keçə bilər. Çox təəssüflər olsun ki, valideynlərimiz bu xəstəliyin təhlükəsini dərk etmirlər və indiyə qədər peyvənd olunmayan uşaqlar var”-deyə Rəşid Mahmudov bildirib.
Vasif Əlihüseyn
Digər Xəbərlər
13 Sentyabr 2026 13:20
Sabah 33 dərəcə isti olacaq
13 Sentyabr 2026 10:08
Bakıda bu yollar bağlıdır - Sürücülərin nəzərinə!
12 Sentyabr 2026 17:24
Anar Bağırov Moldovada Vəkil Günü tədbirlərində iştirak edib
12 Sentyabr 2026 15:54
"Şuşaya vurulmuşam" - Səfir
12 Sentyabr 2026 15:29
Diplomatlar Kəlbəcərdə Xudavəng monastır kompleksini ziyarət etdilər - FOTOLAR
12 Sentyabr 2026 15:26
Hikmət Hacıyev erməni saxtakarlığını belə İFŞA ETDİ - VİDEO
12 Sentyabr 2026 12:30
Sabah 33 dərəcə isti olacaq
12 Sentyabr 2026 12:18


Bakı -°C

