adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7
16 Yanvar 2018 15:11
14537
İDMAN

Rəşad Sadıqovun millidə ilk sınağı

Bu gün 21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi Antalya toplanışı çərçivəsində ilk oyununu keçirəcək.

Adalet.az-ın məlumatına görə, yığmamız "Alanyaspor”un U-21 komandası ilə qarşılaşacaq. Matç Bakı vaxtı ilə saat 17:00-da başlayacaq. Bu, baş məşqçisi Rəşad Sadıqovun millidə ilk sınağı olacaq.

Qeyd edək ki, U-21 yanvarın 21-də və 26-da Albaniyanın, ayın 23-də isə Gürcüstanın müvafiq yaş qrupundan ibarət yığma komandası ilə yoldaşlıq oyunları keçirəcək. Hər 3 qarşılaşma Bakı vaxtı ilə saat 19:00-da başlayacaq.

16 yanvar

Yoxlama oyunu

17:00 Azərbaycan U-21 - Alanyaspor U-21