adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7
06 Sentyabr 2019 16:28
25842
ƏDƏBİYYAT

Rəşad Məcid deyəndə... - Abid Tahirli yazır

İstedadlı şair, peşəkar redaktorRəşad Məcidin ədəbi, mətbu və ictimai fəaliyyəti onun haqqında gen- bolyazmağa əsas verir və yaxşı ki, yubileyini münasib məqam bilib həmkarları ürəksözlərini bölüşürlər. Çox təəssüf ki, KİV nümunələrinin əksəriyyətinə şamil edəbilməyəcəyimiz "ciddi, obyektiv və operativ” sözlərini böyük məmnunuyyət, tam məsuliyyətlə"525-ci qəzet”in ünvanına söyləyir vəeyni zamanda bu qəzeti öz müstəqilliyiniikinci dəfə bərpa etmiş Azərbaycanın Respublikasının 30 ilə yaxın tarixininsalnaməsi, ensiklopediyası hesab edirəm.

Rəşad Məcidin mətbuatımızın mütərəqqi ənənələrinə və milli dəyərlərəsədaqəti barədə bir neçə kəlmə demək istərdim. Təxminən 15 il əvvəlmühacirət problemi ilə bağlı araşdırmalarımın bəzi məqamları ilə qətiyyənrazılaşmayan tanınmış bir tədqiqatçıbu mövzuda qəzetdə (ara-sıra əndazəni aşmaqla)əsassız iddialarını çap etdirməyə təşəbbüs göstərir. Redaksiyadanbu məlumatı öyrənəndə məqalənin əlyazmasıilə tanış oldum və təbii ki, sabun köpüyü qədər dözümsüz bu mülahizələri təkzibedən, tutarlı fakt və dəlilərə əsaslananməqalə hazırladım və onu da həmin redaksiyaya təqdim etdim və xahiş etdim ki, o müəllifin yazısı dərcolunacağı təqdirdə mənim də məqaləmi versinlər. Redaktorun cavabı təəccüblüolduğu qədər də maraqlı idi. O, -Mən qəzeti sizin döyüş meydanına çevirə bilmərəm.O yazını dərc edəcəyəm, sonra siz yazıb onu təkzib edəcəksiniz, bu dəfə oyazacaq, sizi təkzib edəcək, sonra yenə siz yazaçaqsınız... Beləcə, bu mübahisədə saqqız kimi uzanacaq. İnciməyin, mənbunu edə bilmərəm- dedi.


"525-ci qəzet”ə, Rəşad Məcidə müraciətetdim. Yazı ilə tanış oldu və özünəməxsus tərzdə gülümsəyərək : -Çox kəskin yazıdır, görünür, hirsli vaxtına düşüb –dedi. Sonra -Nə əcəb başqa qəzetlərə vermirsən?-soruşdu. Mənolanları dəyəndə Rəşad Məcid "Bu məsələninsadə yolu var. O müəllifi də dəvət edək, eyni vaxtda qəzetin qoşa səhifəsində,yan-yana onun da, sizin də yazınızı verək-dedi. Beləliklə, ilk baxışda müşkülgörünən məsələ rahatlıqla həll olundu.

Hər dəfə bu hadisəni xatırlayanda "Əkinçi”qəzeti ilə bağlı bir əhvalat yadıma düşür. "Əkinçi”də islamqayda-qanunları ilə bir araya sığmayan hallara, cəhalət və mövhumataqarşı, dini fanatizm əleyhinə ciddi mübarizə aparan Həsən bəy Zərdabi əqidə və qələm dostu SeyidƏzim Şirvaninin zərərli dini ayinlər tərəfdarı Hadiyul-Muzillin Həsən Qara Hadıyə ünvanlandığıkəskin həcini dərc edir. HəsənQara Hadi də borclu qalmır və Seyid Əzim Şirvaniyə elə onun tərzində həcv həsr edir. Həsən bəy Zərdabidostuna yazılan təhqir və tənqidlə dolu satirik şerin bir hissəsiniqəzetdə dərc edir. Əlbəttə, Həsən bəy Hadinin həcvini dərc etməyə də bilərdi. Ancaqo, müəlliflərə münasibətdə tərəfsiz, qərəzsiz mövqe tutur, demokratik dəyərlərin,söz, azadlığının da ilk rüşeymlərini yaradır. Sovet rejimi və kommunistideologiyasının 70 illik hegemonluğundan sonra müstəqil mətbuatın yaranmasındavə inkişafında əvəzsiz xidmətləri olan Rəşad Məcid və onun qəzeti məhz Həsən bəyZərdabi ideyaları və "Əkinçi” ənənələrindənbəhrələnir. Bu gün Həsən bəy Zərdabi deyəndə "Əkinçi”, "Əkinçi” deyəndə, Həsənbəy yada düşür. Həmçinin RəşadMəcid deyəndə "525-ci qəzet”, "525-ci qəzet” deyəndə gözlərimiz önündə Rəşad Məcidcanlanır.

Qəbələ.

06.09.2019.