Rəşad Məcid imtahan verəcək - Həmkarlarını da DƏVƏT ETDİ
“Azərbaycan dili üzrə sertifikasiya imtahanının sınaq prosesində iştirak edəcəyəm. Həmkarlarımı - yazıçıları, jurnalistləri, filoloqları da Azərbaycan dili bilgilərini yoxlamağa dəvət edirəm”.
Adalet.az xəbər verir ki, Modern.az-ın məlumatına görə, bunu Azərbaycan Mətbuat Şurasının sədri, “525-ci qəzet”in baş redaktoru Rəşad Məcid bildirib.
Dövlət İmtahan Mərkəzi (DİM) “Azərbaycan dili bacarıqları üzrə səviyyələrə dair tələblər” sertifikasiya imtahanı modeli hazırlayaraq ictimaiyyətə təqdim edib.
“Ötən il Bakı Kitab Mərkəzində bu metodik vəsaitin təqdimatında iştirak etmişdim. Çıxış edən mütəxəssislər xüsusən xaricilərin Azərbaycan dili biliyi səviyyəsinin müəyyənləşdirilməsi, dilimizin inkişafına, işgüzar dilə çevrilməsinə kömək göstərəcək bu vəsaitin çapını yüksək qiymətləndirmişdilər.
İngilis, alman və başqa dillərdə biliyin səviyyəsini müəyyənləşdirən imtahanlar barədə hamımız bilirik.
Bəs bizim doğma Azərbaycan dili bilgilərini sertifikasiya edən imtahan prosesi niyə də keçirilməsin?
Dünən keçirilən təqdimatda Məleykə Abbaszadə imtahanın Azərbaycan dili üzrə bilik və bacarıqların qiymətləndirilməsi üçün etibarlı bir mexanizm kimi fəaliyyət göstərəcəyinə əmin olduğunu diqqətə çatdırıb və hər kəsi qeydiyyatdan keçərək yoxlama alətlərinin təkmilləşdirilməsi üçün bu prosesdə aktiv iştirak etməyə çağırıb.
Məleykə xanım ilkin 2000 datanın yaradılması üçün mütəxəssisləri, həmçinin yazıçıları sınaq prosesinə qoşulmağa dəvət edib. Qeyd olunub ki, iştirakçılar ödənişsiz şəkildə sınaq prosesində iştirak edə bilərlər. İmtahan nəticələri emal olunduqdan sonra iştirakçıların elektron poçt ünvanına göndəriləcək. Göründüyü kimi, anonimıik də saxlanacaq. Qorxulu nəsə yoxdu.
Təəssüf edirəm ki, bu cür vacib məsələnin müzakirəsi lüzumsuz istiqamətə yönəldi. Mən Azərbaycan dili bilgilərini yoxlamaq istəyən hər kəsi Məleykə xanımın çağırışına qoşulmağa, bu vacib sertifikasiya imtahanı üçün lazım olan ilkin 2000 datanın yaradılmasına töhfə verməyə çağırıram”, - R.Məcid deyib.
Digər Xəbərlər
25 Sentyabr 2026 16:55
Azərbaycan Universitetində Vətən müharibəsi qazisi ilə tələbələrin görüşü olub
25 Sentyabr 2026 10:39
DİM-dən 600 balı keçmiş tələbələrə ÇAĞIRIŞ
24 Sentyabr 2026 19:00
Mingəçevir Dövlət Universiteti mühüm nailiyyətə imza atıb
22 Sentyabr 2026 20:04
Paytaxtdakı ali təhsil müəssisələri distant təhsilə keçir - RƏSMİ
22 Sentyabr 2026 17:58
Məsud Əfəndiyev Lənkəran Dövlət Universitetində seminar keçirib
22 Sentyabr 2026 17:18
Toğrul Xəlilov direktor təyin edildi
21 Sentyabr 2026 13:08
Veysəloğlu Şirkətlər Qrupu Qarabağda təhsilin inkişafına dəstək verəcək - FOTOLAR
21 Sentyabr 2026 07:14


Bakı -°C

