Rəqqasə Oksana Hindistanı "fəth" etdi

Rəqqasə Oksana Rəsulova Hindistanın məşhur "İndias Best Cine Star Ki Khoj” yarışmasının qalibi olub. Adalet.az xəbər verir ki, rəqqasə bu haqda özü sosial şəbəkədə yazıb: "Azərbaycanım mənim! Doğmam, əzizim... Allahın istəyi ilə, sizin dualarınızla, dəstəyinizlə mən Hindistanda yarışmanın birincisi oldum. Oksana Rəsulova və Sayyed Mamun "İndias Best Cine Star Ki Khoj”in qalibləridir. Sağ olun, var olun! Hamınızı sevirəm. Hələ də inanmağım gəlmir”.
Qeyd edək ki, rəqqasə 2000 nəfər arasından seçilərək yarışmada iştirak hüququ qazanmışdı.