adalet.az header logo
  • Bakı -°C
12 Dekabr 2025 23:11
64
ŞOU-BİZNES
A- A+

Məşhur müğənnini pəncərədən atan öz qızı imiş - VİDEO

Yalovada Türkiyənin məşhur müğənnisi Güllünün qətli ilə bağlı istintaq şübhəlilərin ifadələri alınıb.

Adalet.az xəbər verir ki, xaricə qaçmağa çalışarkən Güllünün qızı ilə birlikdə tutulan Sultan Nur Ulu polis bölməsində dindirilərkən sevilən müğənninin qızı Tuğyan tərəfindən itələndiyini iddia edib. 

Lakin Tuğyan bu iddiaları qəbul etməyib.

Qeyd edək ki, Güllü evinin pəncərəsindən düşərək həyatını itirib. Onun ölümünün qəza olmadığı, qızı tərəfindən itələndiyi iddia edilirdi. Hazırda istintaq davam edir.