adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7
22 Noyabr 2019 10:51
43894
TEXNOLOGİYA

Rəqəmsal idarəetmə şəffaf ölkə quruculuğuna irəliləyən Azərbaycanın əsas vəsaitlərindəndir

Müasir dövrümüzün tələblərinə uyğun olaraq rəqəmsalidarəetməyə keçid məcburidir. Rəqəmsal idarəetmənin kifayət qədər müsbət tərəfiolduğu kimi, müəyyən qədər mənfi məqamları da var. Bu mənfi məqamlar kadrpotensialının yetərli sayda olmaması və işçi qüvvəsinə ehtiyacınazaldılmasıdır. Bu da əslində işsizliyin yaranmasının əsas amillərindənbiridir. Amma rəqəmsal idarəetmənin üstün tərəfləri bu mənfi cəhətləri üstələyir. 

İlk növbədə bürokratik əngəllərin aradan qalxmasında rəqəmsal idarəetməninvacibliyi ön plana çıxır. Məlum olduğukimi bütün dünya ölkələri rəqəmsal idarəetmə formasına keçid üçün müəyyənaddımlar atıb. Bir sıra ölkələrdə idarəetmənin böyük hissəsi artıq rəqəmsalformada idarə olunur. Azərbaycanda da bu istiqamətdə atılan addımlar istər cəmiyyət,istərsə də beynəlxalq səviyyədə müsbət qarşılanır. Asan Xidmət modelini rəqəmsalidarəetmə nümunəsi kimi göstərmək olar. Məsələn, şəxsiyyət vəsiqələri və ümumvətəndaşpasportlarını mərkəzləşdirilmiş qaydada qeydiyyat ünvanı nəzərə alınmadan AsanXidmətin istənilən mərkəzindən əldə etmək mümkündür. Bu, rəqəmsal idarəetməsisteminin vətəndaşların rahatlığında nə qədər önəmli faktor olduğunu göstərənsadə mexanizmdir. Əslində bu formanın daha da təkmilləşdirilməsi üçün atılanaddımların daha da tezləşdirilməsi vacibdir.İcbari Tibbi Sığorta modelinin Azərbaycanda tətbiqi də gecikdirilib.Baxmayaraq ki, İcbari Tibbi Sığorta bir neçə rayonda pilot layihə kimi təqdim edildi, onun alt infrastrukturuyetəri qədər olmadığı üçün layihənin ölkə üzrətətbiqi yuvandı. Düşünürəm ki,İcbari Tibbi Sığorta modeli səhiyyə sisteminin rəqəmsal idarəetməsisteminə keçidində ən önəmli faktordur. Hazırda görülən işlər qısa zamanda ölkəüzrə bu sistemin tətbiqinin tezləşdirilməsi üçün təqdirə layiqdir. Buaddımlardan Asan Xidmət nümunə göstərəbiləcəyimiz yeni bir platformadır. Beynəlxalq təcrübəyə nəzər salsaq rəqəmsal idarəetməsistemində səhiyyə və sosial sahələrdə rəqəmsal idarəetmənin üstünlüklərindənyararlanmaq olar. Təbii ki, artıq 2 ilə yaxındır fəaliyyət göstərən DOST Agentliyi Azərbaycandasosial sahədə elektronlaşdırma keçidini göstərir. Bəllidir ki, bu sahədəelektron bazaların qurulması vətəndaşların, xüsusilə də yaşlı nəslin nümayəndələrinin pensiya təminatınındaha rahat olması üçün kifayət qədər önəmli platformadır. Hazırda pensiya təminatınıalmaq üçün heç bir vətəndaş zamanındaçalışdığı özəl və ya dövlət qurumundan sənəd toplamağa, əlavə vaxt itirməyəenerjisini sərf etmir. Pensiya yaşı çatan hər bir vətəndaş avtomatik olaraqpensiya təminatını alır.

Göründüyü kimi rəqəmsal idarəetmə,elektronlaşdırma, elektron bazaların yaradılması birbaşa olaraq, bürokratik əngəllər,korrupsiya və rüşvətin, məmur özbaşınalığının qarşısını alan platformadır. Ölkəbaşçısı Cənab İlham Əliyev dəfələrləvurğuladığı kimi, elektron hökumətdən rəqəmsal idarəetməyə keçid qaçılmazdır.Bu, şəffaf ölkə quruculuğuna irəliləyən Azərbaycanın əsas vəsaitlərindəndir.Hesab olunur ki, yaxın gələcəkdə bütün dünya ölkələri, o cümlədən, Azərbaycan vətəndaşalarayalnız rəqəmsal idarəetmə vasitələri ilə xidmət göstərəcək.


Əfsanə Şükürova,
"İrəli” İctimai Birliyinin Mətbuat Katibi