adalet.az header logo
  • Bakı -°C
04 Dekabr 2025 11:36
31
ŞOU-BİZNES
A- A+

Reklam etdiyi pilinq Ləmanın üzünü yandırdı

Tiktoker Ləman Vəliyeva etdiyi reklamın qurbanı olub.

Adalet.az xəbər verir ki, sarı pilinq sosial şəbəkə fenomeninin üzünü yandırıb.

Ləman bildirib ki, pilinqdən 1 dəfə istifadə etmək yerinə 4 gün edib. 

"Həkim məsləhəti olmadan pilinq etməyin. Yoxsa dərinizə allergiya verəcək. Bir dəfə vuranda təsir etmədi. Sonra başladı dərim yanmağa. Səhər durdum üzüm və gözüm şişib. Hazırda müalicə alıram. Allergiya qanıma keçib". deyə qeyd edib.