Regionda sülh üçün münbit şərait yaranıb - Prezidentin köməkçisi
Bakı ilə İrəvan arasında münasibətlərin normallaşdırılması istiqamətində addımlar atılır.
Adalet.az xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev “Tasnim”ə müsahibəsində söyləyib.
“Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşdırılması istiqamətində addımlar atılmaqdadır. Cənubi Qafqaz regionunda məhz Azərbaycan Respublikasının yürütdüyü siyasət nəticəsində torpaqlar işğaldan azad olundu, Azərbaycan öz ərazi bütövlüyünü tam təmin etdi. Regionda sülh üçün çox yaxşı, münbit şərait yaranıb. Cənubi Qafqaz regionunda yeni status-kvo, yeni reallıq yaranıb ki, bu yeni status-kvo da artıq işğala, təcavüzə deyil, beynəlxalq hüququn norma və prinsiplərinə, legitimliyə, qanuniliyə əsaslanan münasibətlərdir”, – o vurğulayıb.
Digər Xəbərlər
19 Aprel 2026 10:00
Ceyhun Bayramov Tailanda getdi
19 Aprel 2026 00:00
Meloni Azərbaycana gələcək
18 Aprel 2026 22:00
Azərbaycanla D-8 arasında əməkdaşlığın inkişafı müzakirə edilib
18 Aprel 2026 21:00
Ermənistan-Azərbaycan normallaşma prosesini müzakirə etdilər - FOTO
18 Aprel 2026 17:54
TDT Xarici İşlər Nazirləri Şurasının qeyri-rəsmi iclası olub - FOTO
18 Aprel 2026 12:52
İlham Əliyev- Rusiyaya üzr istədən yeganə adamdır – Politoloq
18 Aprel 2026 12:38
İlham Əliyevin Türkiyəyə işgüzar səfəri ilə bağlı paylaşım edilib
18 Aprel 2026 12:37


Bakı -°C

