Azərbaycanla D-8 arasında əməkdaşlığın inkişafı müzakirə edilib
Antalya Dioplomatik Forumu çərçivəsində Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov D-8-in Baş katibi Soheyl Mahmud ilə görüşüb.
Adalet.az xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin "X" sosial şəbəkə hesabında məlumat yayılıb.
Bildirilib ki, tərəflər siyasi, iqtisadi, ticarət, enerji, investisiya, nəqliyyat və logistika sahələrində Azərbaycan-D-8 əməkdaşlığının inkişaf etdirilməsini müzakirə ediblər.
D-8-ə qoşulduqdan bəri Azərbaycanın fəal iştirakı, o cümlədən ölkəmizdə keçirilən D-8 Həftəsi, Media və Nəqliyyat üzrə D-8 Mükəmməllik Mərkəzlərinin, D-8 Enerji və İqlim Mərkəzinin yaradılması istiqamətində davam edən səylər yüksək qiymətləndirilib.
Regional və qlobal təhlükəsizlik məsələlərinə də toxunulub, Yaxın Şərqdə gərginliyin azaldılmasına, beynəlxalq humanitar hüquqa riayət olunmasına və mülki şəxslərin qorunmasına xüsusi diqqət yetirilib.
Digər Xəbərlər
14 May 2026 18:56
Sahibə Qafarova Buxarada Forumda iştirak etdi - FOTOLAR
14 May 2026 18:23
Trampın Çin səfərindən "əli dolu" dönəcəyi inandırıcı görünmür - Səxavət Məmməd yazır
14 May 2026 13:52
“ABŞ və Qərb Çinin daha da böyüməsini istəmir”- VİDEO
14 May 2026 11:05
İlham Əliyev paraqvaylı həmkarını təbrik etdi
14 May 2026 10:58
"BMT Təhlükəsizlik Şurasının strukturu müasir reallıqları əks etdirmir" - Prezidentin köməkçisi
14 May 2026 10:33
Hikmət Hacıyev: "Azərbaycan onların qarşılaşdığı problemləri tam şəkildə anlayır"
14 May 2026 10:21
ABŞ-İran arasında danışıqlar prosesi dalana dirənib – Politoloq
14 May 2026 10:14


Bakı -°C

