“Region Gənclərinin Bacarıqlarının Artırılması” layihəsinin icrasına başlanılıb - FOTO
“İrəli” İctimai Birliyinin təşkilatçılığı, Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin dəstəyi ilə “Region Gənclərinin Bacarıqlarının Artırılması” layihəsinin icrasına başlanılıb.
Birliyin Mətbuat xidmətindən Adalet.az-a verilən məlumata görə, layihə çərçivəsində təlimlər 18 noyabr tarixində Gəncə, 19 noyabr tarixində Mingəçevir, 20 noyabr tarixində isə Tovuz şəhərlərində keçirilib. “Gənclərlə iş”, “Layihələrin yazılması və idarə edilməsi”, “Sosial şəbəkələrdən düzgün istifadə” və “Gənclərlə işdə rəqəmsal bacarıqlar” mövzuları üzrə keçirilən təlimlərdə 100-ə yaxın gənc iştirak edib.
Həmçinin qeyd olunub ki, layihə müddətində təlimlər Qəbələ, Balakən, Mingəçevir, Neftçala rayonlarında və Naxçıvan MR-da olmaqla ümumilikdə 8 regionda keçiriləcək. Layihənin keçirilməsində əsas məqsəd isə gənclərin dövlət maraqlarının qorunmasında iştirakçılığını təmin etmək, rəqabətədavamlı gənclər şəbəkəsinin formalaşmasına nail olmaq və region gənclərinin təşəbbüslərinin artımına dəstək verməklə dövlət gənclər siyasətinin inkişafına töhfələr verməkdir.
Digər Xəbərlər
20 Mart 2026 09:00
SABİRABADI GÖZƏL GÖRDÜM, SEVİNDİM…
13 Mart 2026 09:00
DÜNYAYA TÖHFƏ VERMƏK HƏR ÖLKƏNİN İŞİ DEYİL
06 Mart 2026 09:00
İMİŞLİDƏ MÖHTƏŞƏM ABADLIQ İŞLƏRİ
27 Fevral 2026 09:00
AZƏRBAYCAN GƏNCLƏRİ DÜNYANIN ƏN İSTEDADLISIDIR
20 Fevral 2026 09:00
ERMƏNİLƏR QARABAĞ SAVAŞINDA AZƏRBAYCANA YÜZ MİLYARDDAN ÇOX ZİYAN VURUBLAR
06 Fevral 2026 09:00
ONLAR HEÇ VAXT ÖLÜMDƏN QORXMADILAR
30 Dekabr 2025 16:17
“Azərbaycanda məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılması” layihəsi çərçivəsində təltifetmə tədbiri keçirilib
30 Dekabr 2025 15:52


Bakı -°C

