Rəcəb Tayyib Ərdoğanın nəvəsi dünyaya gəldi
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın qız nəvəsi dünyaya gəlib.
Adalet.az Report-a istinadən xəbər verir ki, dövlət başçısının kiçik qızı, iş adamı Özdemir Bayraqdarla evli olan Süməyya Ərdoğan dünən gecə ana olub.
Bu ailənin ilk övladıdır. Körpəyə Canan Aybüke adı verilib.