"Razborşik" Bordin, "Zirzəmi"dəki "Sumqayıt", büdrəyən "Qarabağ", dirçələn "Keşlə" - İntiqam VALEHOĞLU yazır

Futbol üzrə Azərbaycançempionatının 18-ci turu yekunlaşdı. Əslində, bu turun nəticələri daha çoxmüzakirə olunmalıdır. Çünki çempionluğa iddialı hər iki komanda- həm "Qarabağ"həm də "Neftçi" gözlənilmədən büdrədi.
"Qarabağ"ıbüdrətdilər...
Tura"Sabah"-"Qarabağ" oyunu ilə start verildi. Çoxlarıağdamlılardan bəlkə də böyük hesablı qələbə gözləyirdi. Amma matçı prinsipialedən məqam da yox deyildi. Coşqun Diniyev əsas heyətinə düşə bilmədiyi"Qarabağ"a qarşı oynayacaqdı. Demək lazımdır ki, oyun QurbanQurbanovun yetirmələri üçün pis başlamamışdı. Reynaldonun cərimə zərbəsindənsonra vurduğu möhtəşəm qol bölgə təmsilçisini hesabda irəli çıxardı. Amma BədaviHüseynovun Tərlan Əhmədovsayağı avtoqolu debütanda bu oyundan bir xallaayrılmaq şansı yaratdı. "Sabah" azlıqda qalmasına rəğmən, son beşilin çempionundan bir xalı qoparmağı bacardı. Qurban Qurbanov oyunsonrası mətbuatkonfransında məhz Coşqun Diniyevlə bağlı məqama toxunub. Mütəxəssis bildiribki, Diniyev keçmiş komandasına qarşı yüksək motivasiya ilə çıxış etdiyi üçünoyunu yaxşı alınıb.
"Sabah"ınbaş məşqçisi Elşad Əhmədov isə oyunla yanaşı, 12 il çıxış etdiyi"Qarabağ" barədə də danışıb və bildirib ki, bu kluba ondan çoxazarkeşlik edən ola bilməz:
"Məndən çoxo kluba azarkeşlik edən olmaz. Sadəcə, futbolçular üçün "Qarabağ"laoyun böyük stimuldur. Bu komanda ilə matçlar çox çətin olur".
"Sumqayıt""zirzəmi"yə yuvarlandı...
"Sumqayıt"- "Zirə" oyunu afişa baxımından böyük oyun vəd etməsə də, intriqanınolacağı şübhəsiz idi. Bu oyun həm də Nazim Süleymanovu bəyənməyib, komandadanyola salan "Sumqayıt" rəhbərliyinin nə dərəcədə doğru seçim etdiyinəaydınlıq gətirə bilərdi. Gətirdi də...
Ayxan Abbasovkeçmiş komandasına qarşı bu heyəti meydana buraxmışdı - Mehdi Cənnətov, Rail Məlikov,Vurğun Hüseynov (k), Əli Babayev, Elvin Məmmədov, Aleksey İsayev, Əfranİsmayılov, Cavid Tağıyev, Adil Nağıyev, Ehtiram Şahverdiyev, Süleyman Əhmədov.Samir Abbasov isə vaxtilə millinin şərəfini qorumuş beş oyunçunun yer aldığı"Sumqayıt"a Kamal Bayramov (k), İlkin Qırtımov, Vüqar Mustafayev,Tellur Mütəllimov, Bəxtiyar Həsənalızadə, Adrian Skarlatake, Dilan Duventru,Bilal Həmdi, Mfo Kqasvane, İsmael Fofana və İlkin Muradovdan ibarət"11lik"lə müqavimət göstərməliydi. Qarşılıqlı hücumlar şəraitində keçənoyunun taleyi ilk hissənin tən yarısında həll olundu. "Zirə"nin qaradərililegioneri Mfo Kqasvane qəsəbə təmsilçisinə üç xal gətirən qolu vurdu. "Zirə"bu qələbə ilə 17-ci xalını qazanaraq, 6-cı pilləyə yüksəldi.
Son illərçempionatdakı baş məşqçilər arasında ən maraqlı açıqlamaları verən şəxs-SamirAbasov oyunsonrası mətbuat konfransında qələbəyə rəğmən görüləcək işlərin çoxolduğunu diqqətə çatdırıb. Adətən ehtiyatlı açıqlamalar verən 41 yaşlı mütəxəssisavrokuboklara iddialı olduğunu da gizlətməyib:
"Sumqayıt"ınbaş məşqçisi Ayxan Abbasov isə azarkeşlər qarşısında məğlub olduqlarına görəonlardan üzr istəyib. Amma gənc mütəxəssis təslim olmaq niyyətlərininolmadığını da dilə gətirib:
"Təslimolmaq olmaz. Futbolçularıma da bildirdim ki, bu durumdan çıxmaq üçün çoxçalışmalıyıq. Çalışmaq yaşa baxmır. Elvin Məmmədov qışdan sonra ilk dəfə startheyətində yer almışdı. Yəni, məsələ yaşda deyil. Oyun baxımından rəqiblərdənaşağı deyilik. Amma real danışaq, qışdan sonra bütün rəqiblər gücləndi. Bizimüçün çox çətindir. Seçim imkanımız azdır".
Tərlan ƏhmədovdanSənan Qurbanova atmaca
"Qəbələ"- "Keşlə" oyunu qolsuz heç-heçə ilə nəticələnsə də, turun maraqlıoyunlarından oldu. Bu oyun da iki azərbaycanlı mütəxəssisin dueli kimi yaddaqaldı desək, yəqin ki, yanılmarıq. Əgər "Keşlə"nin oyunçusu Vüsal İsgəndərliəlinə, daha doğrusu, ayağına düşən fürsətlərdən birini qola çevirə bilsəydi, yəqinki, Sənan Qurbanov "bu görüşdə qalib gəlmək istəyirdik" əvəzinə,"bu görüşdən sonra istefa verirəm" açıqlaması ilə çıxış edəcəkdi.Birinci hissədən tam narazı olduğunu deyən Qurbanov özü də etiraf edib ki, buoyunda uduza da bilərdilər. Tərlan Əhmədov isə mətbuat konfransında "mən də300-400 minlik futbolçu istərdim" deməklə, yəqin ki, həmkarına atmacaatıb. Çünki "Keşlə"dən fərqli olaraq, "Qəbələ"də qiyməti300 minin üzərində olan xeyli oyunçu var.
İki məşqçinin"razborkası" və iki "bakılı"nın qarşıdurması
Və nəhayət,oyunda baş verən hadisələrin nəticəni kölgədə qoyduğu oyun "Neftçi" -"Səbail" görüşü barədə. Roberto Bordin debütant qarşısında SəlahətAğayev, Tural Axundov, Canluka Sansone, Anton Krivotsyuk, Ömər Buludov, QoranParatski, Mamadu Mbodj, Emin Mahmudov (k), Vangelis Platellas, Soni Mustivar,Baqali Dabodan ibarət start heyətə güvənmişdi.
Gənc AftandilHacıyev isə "flaqman" qarşısına bu heyətlə çıxmışdı -Aleksandr Rıbka,Şəhriyar Rəhimov, Vüqar Bəybalayev, Elvin Yunuszadə, Jarjue Maudo, YevgeniKoçuk, Kevin Kubemba, Rahid Əmirquliyev (k), Fəhmin Muradbəyli, AğabalaRamazanov, İmanol İriberri
İki"bakılı"nın duelində hesab 23-cü saniyədə açıla bilərdi. Yan xətthakimi bir neçə anlıq tərəddüddən sonra oyundankənar vəziyyəti qeydə alır. Buqol vurulsaydı, mövsümün ən erkən qolu kimi də tarixə düşə bilərdi. Qeydəalınmayan qoldan sonra da "Neftçi" təşəbbüsü əldən vermədi. Cəmi üç dəqiqəsonra Emin Mahmudovun reydini Baqali Dabo son zərbə ilə tamamlaya bilmədi.Onuncu dəqiqədən etibarən "Səbail" oyunu bərabərləşdirməyə başladı.Bunun məntiqi nəticəsi kimi 11-ci dəqiqədə Elvin Yunuszadə təhlükəli zərbəyləyadda qaldı. Dörd dəqiqə sonra Bəybalayev zədələndi və meydanda gərginlikyarandı. Hakim Orxan Məmmədovun müdaxiləsindən sonra tərəflər sakitləşdirildi.Halbuki bu epizodda Bəybalayevi öz komanda yoldaşı Elvin Yunuszadə zədələmişdi.Amma hələ Bordinin Hacıyevi "razborka"ya çağırmasına xeyli qalırdı.Bu arada Bordinin həmyerlisi Sansone "Səbail"in qapsına təhlükəli zərbəendirir. 21-ci dəqiqə Şəhriyar Rəhimov kobud oyuna görə sarı vərəqə ilə cəzalandırılır.Cəmi üç dəqiqə sonra Sansonenin cinah ötürməsindən sonra Dabo fürsəti boşaverir. 27-ci dəqiqədə Ağabala Ramazanov hava mübarizəsi zamanı Ömər Buludovudirsəyi ilə vurur. Gənc hakim Orxan Məmmədov bu dəfə "sarı üzünü"Ramazanova göstərməli olur. Dabo daha bir təkbətək epizodu boşa verir. Bu dəqiqələr"flaqman" "Səbail"i öz qapısına sıxışdıra bilib.
Əks hücum zamanı"Səabil" hesabı açır. Qapıçı Rıbkanın 35-ci dəqəqədəki uzun ötürməsiniTural Axundov Səlahət Ağayevə göndərərkən səhvə yol verir. Ağabalanın zərbəsinialan Səlahət Kubembanın zərbəsi qarşısında aciq qalır. Kubemba həm də bu mövsümbeşinci qolunu vurmaqla, "Səbail"in ən məhsuldar futbolçusunaçevrilir. Bu qoldan sonra Bordinin komandası daha böyük qüvvə ilə hücumaatılır. 43-cü dəqiqədə Moldova millisinin futbolçusu Yevgeniy Koçuk cərimə zərbəsindənsuper qol vurur. Səlahətə qalan ancaq bu qolu seyr etmək olur. Qoldan bir dəqiqəsonra Platelasın uzaqdan zərbəsini Rıbka zərərsizləşdirir.
"Neftçi"ikinci hissəyə də hücumlarla başlayır. Rıbka yenidən ustalığını nümayiş etdirməkdədir.55-ci dəqiqədə Platelas uzun reyddən sonra Rıbkanın sayıqlığını yoxlayır. Bir dəqiqəsonra isə Dabo Emin Mahmudovun qapı qarşısına ötürməsini qola çevirir. Qoldansonra Hacıyev Ağabala Ramazanovu Kitanovski ilə əvəzləyir. Təbii ki, bu, dahaçox müdafiəni gücləndiməyə hesablanmış addımdır. 64-cü dəqiqədə Sansone Koçukaqarşı qayda pozuntusuna görə sarı vərəqə alır. Bundan bir dəqiqə sonra "Səbail"hesabı "Nüftçi" üçün daha biabırçı həddə çatdıra bilərdi. Amma Səlahətbu dəfə rəqib oyunçuyla təkbətəkdə sayıq davranır. 73-cü dəqiqədə Bordinkapitan Emin Mahmudovun əvəzinə meydana gənc Mirabdulla Abbasovu buraxır. 85-cidəqiqədən etibarən "Səbail" qapanıb. Bu dəqiqələrdə mütəxəssislərqarşılıqlı taktiki gedişlər edirlər. Oyuna artırılmış altı dəqiqə də"Neftçi"ni xilas etmir və gənc Aftandil Hacıyevin "Səbail"i2:1 hesabı ilə qələbə qazanır. Oyunun sonlarına doğru italyan mütəxəssis digərbacarığını da nümayiş etdirir. O, Hacıyevi "razborka"ya çağırır.Maraqlıdır ki, əvvəllər də çempionatımızda oxşar hadisələr olub, amma beləsiilk dəfə idi. Məsələn, vaxtilə millimizin şərəfini qorumuş Ramal Hüseynov mərhumBöyükağa Hacıyevə qarşı eyni addımı atmışdı. Amma məşqçinin məşqçini"deul"ə çağırması bir ilk idi. Buna görə yəqin ki, "Neftçi"rəhbərliyi Bordinə "xüsusi təşəkkür edəcək". Oyunsonrası mətbuatkonfransında Hacıyev Bordinin hərəkətinə belə aydınlıq gətirib:
"Onunetirazı o oldu ki, mən onun oyunçusuna söz deyirdim. Amma mən də öz oyunçumuzumüdafiə edirdim. Futbolçunun bizim texniki zona tərəfə tüpürməsi etik deyildi.Anlaşılmazlıq idi. Zaman keçdikcə, səhvini başa düşə bilər. İnanmıram ki,Bordinə tərəf hansısa oyunçumuz tüpürsə, o, sakit dayanar.
Roberto Bordinisə mətbuat konfransında da fikrində qəti olduğunu gizlətməyib:
"Oyunepizodunda Daboya qarşı kobudluq edilmişdi. Buna görə oyunçular arasındasöz-söhbət ola bilər. Amma məşqçi kimi oyunçularıma müdaxilə edə bilməz. Mənimdə iradım buna görə oldu ki, get, öz oyunçularınla maraqlan. O, əl-qol hərəkətielədi. Dedim ki, çəkiliş var, oyundan sonra gözləyərsən, söhbət edərik,bir-birimizi başa düşərik. Amma o, gözləmədi. Mənə deməyə başqa sözü var idisə,gözləyərdi".
Bu nəticələrdənsonra çempionatda ikihakimiyyətlilik yaranıb. "Qarabağ" və"Neftçi" hərəyə 38 xal toplayıblar. Onları 30 xalla "Səbail"izləyir. Dördüncü yerdəki "Qəbələ"nin 24, 3 xal az toplamış"Sabah"ın 21 xalı var. Samir Abasovun "Zirə"si 17 xallaaltıncıdır. "Keşlə" son oyunlardan sonra sonuncu pilləni tərk edib və16 xala sahibdir. Nazim Süleymanovu bəyənməyib "torbasını tikən" (mətbuatdayazılanlara görə) "Sumqayıt" oyunçuları isə turnir cədvəlinin"zirzəmi"sindədirlər.
İntiqamVALEHOĞLU


Bakı -°C 














