24 Sentyabr 2025 21:00
1217
DÜNYA

Rayt: ABŞ artıq bu gün Rusiya qazını və neft məhsullarını əvəzləməyə hazırdır

ABŞ artıq bu gün Rusiyanın qaz və neft məhsullarının Avropaya tədarükünü tamamilə əvəz etməyə hazırdır.

Adalet.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə ABŞ-nin energetika naziri Kris Rayt "Fox News" telekanalının efirində bildirib.

"Amerika elə bu gün Avropaya tədarük edilən bütün Rusiya qazını, eləcə də bütün Rusiya neft məhsullarını əvəz etməyə hazırdır... Bizim lazımi imkanlarımız var. Biz onların ehtiyaclarını ödəməyə hazırıq", - o qeyd edib.