"Azərbaycan və Ermənistan arasında sülh prosesini dəstəkləyirik" - Pezeşkian

İran Azərbaycan və Ermənistan arasında sülh prosesini dəstəkləyir.
Adalet.az xəbər verir ki, bunu İran prezidenti Məsud Pezeşkian BMT Baş Assambleyasının 80-ci sessiyasında çıxışı zamanı deyib.
"İran sülh və sabitliyə sadiqdir və hesab edir ki, regionun və dünyanın gələcəyi əməkdaşlıq, etimad və ortaq inkişaf üzərində qurulmalıdır. Biz Azərbaycan və Ermənistan arasında sülh prosesini dəstəkləyirik və onun nəticələrinin uzunmüddətli olacağına və qonşu ölkələr arasında əlaqələri gücləndirəcəyinə ümid edirik", - deyə o vurğulayıb.
Pezeşkianın sözlərinə görə, İran Ukraynadakı münaqişənin sülh yolu ilə həllini asanlaşdırmaq üçün də tədbirlər görüb:
"Ümid edirik ki, bu, ədalətli razılaşmaya gətirib çıxaracaq".
Digər Xəbərlər

Rayt: ABŞ artıq bu gün Rusiya qazını və neft məhsullarını əvəzləməyə hazırdır

Oktyabrın 11-i sülh üçün oruc və dua günü olacaq

Trampın korteji səbəbindən Ərdoğanın avtomobili Nyu Yorkda saxlanılıb

Türkiyə və Suriya prezidentlərinin görüşü olub - FOTO

Zelenski: Rusiyanı sülhə məcbur etmək üçün birlikdə fəaliyyət göstərməliyik

ABŞ-də dövlət binasında atışma - Yaralılar var

KİV: İran İsrailin dağıtdığı obyektləri bərpa edir
