Rayevskinin "qələt"i yaxud, "silah həmin silahdır, qol həmin qol deyil"
jpg-1674218453.jpg)
Xəbər verdiyimiz kimi, rusiyalı filosof, türkoloq alim, Qara dəniz-Xəzər regionu üzrə Siyasi və Sosial Tədqiqatlar İnstitutunun direktoru Viktor Nadein-Rayevski açıqlamasında öz qərəzli və sayğısız fikirlə ilə dünya ictimaiyyətini çaşdırmağa çalışıb.
Adalet.az xəbər verir ki, Rayevski açıqlamasında müzakirələrə səbəb olan bir iddia ilə çıxış edib: "Türkiyə və İsrailin dron zavodları olmasaydı, Azərbaycan heç vaxt qalib gəlməzdi.
Araşdırmalarımızda və bəzi mənbələrdən götürdüyümüz məlumatlarda bildirilir ki, 44 günlük müharibədə Ermənistanı silahla təmin edən ölkələr də vardı. Hətta bir çoxu silahları ermənilərə tam təmənnasız verirdilər. Ermənistan müstəqillik əldə edən gündən Rusiya bu ölkəni hər zaman, demək olar ki, intensiv olaraq silahlandırıb. Tovuzda aktiv döyüşlərin başladığı bir vaxtda (2020 iyul) Rusiya Ermənistana 400 tondan çox müasir hərbi texnika və vasitələr hədiyyə etdi. Hətta ermənilərə 200 yer-hava raketi, 25 raketdən ibarət dörd “İsgəndər” ballistik raket sistemi, altı "Smerç" reaktiv yaylım atəşi sistemi, 50 raketli iki SAM sistemi və dörd Su-30 qırıcı təyyarəsi də verildi.
Çindən Ermənistana dörd ədəd reaktiv yaylım atəşi , AR1A reaktiv yaylım atəşi sistemi (MRL) ucuz qiymətə satdı.
Fransa (eləcə də Böyük Britaniya) istehsalı olan "PGM Mini-Hecate" ilə "Arctic Warfare.338 LM" snayper tüfənglərdən istifadə etməsini əks etdirən foto və məlumatlar mövcuddur.
Məlumatlara görə, Belarus 2007-ci ildə Ermənistana on ədəd D-30 yedəkli haubitsa verib. 2010-cu ildə Ermənistan Monteneqrodan 16 ədəd D-30 haubitsa satın alıb. Daha sonra 2011-ci ildə Moldova hökuməti İrəvana hərbi texnika, o cümlədən Sovet istehsalı olan tank əleyhinə raketlər, döyüş sursatları və onlarla BM-27 Uraqan MRL-ləri satdığını təsdiqləyib. 2012-ci ildə İrəvanda keçirilən hərbi sərgidə Almaniya və Fransanın birgə istehsalı olan tank əleyhinə raketlərin peyda olması bu ölkələrin də Ermənistanı silahlandırdığını deməyə əsas verir.
Yunanıstandan tank əleyhinə raketlərdən başqa, İrandan Ermənistana TIR-larla silah daşınmasına dair xeyli faktlar var.
Bəli Türkiyə və İsrailin 44 günlük hərbi texnika və mənəvi dəstəyi danılmaz faktdır. Beynəlxalq qanunları pozmadan hər iki ölkədən silah almışıq. Amma bir nüans var : Əslində müharibələrdəki qələbəni silahlar deyil, silahlardan yapışan insanların inamı, əqidəsi, iradəsi qazanır. 44 günlük müharibə dövründə bütün dünya Ermənistanı “düşmənə ” qarşı “çarpışmağı” həvəsləndirirdi.Azərbaycan Ordusunun iradəsi, qolunun gücü və əzmi erməni əsgərində olmadı. Halbu ki, silahları Azərbaycanın silahlarından da çox idi.
Deyilənə görə, Şah İsmayıl öz məğlubiyyətindən qəzəblənərək qılıncını zərblə topun lüləsinə çırpır, zərbədən lülə qopub yerə düşür. Bunu eşidən Sultan Səlim həmin qılıncı gətirdir. Qaldırıb var gücü ilə topun lüləsinə vurur. Lülə yerindən tərpənmir. Sultan bunun həmin qılınc olmadığını söyləyir. Bunu eşidən İsmayıl “Qılınc həmin qılıncdır, əfsus ki, qol həmin qol deyil”.
Bəli, silah həmin silah idi, qol, əzm, cəngavərlik ermənilərə məxsus xarakter olmadığı üçün o silahlar bir işə yaramadı. “”Vaqner”in, 366 moto atıcı alayın və digər Rusiya batalyonlarının kölgəsində I Qarabağ döyüşlərində “qalib” olan ermənilər, bu dəfə döyüşdə rus faktorunu görməyən kimi geriyə qaçmağı, canını qurtarmağı düşündü.
P.S.Allah heç kimi qoca yaşında gülünc yeri eləməsin, Viktor Nadein-Rayevski...
Əntiqə Rəşid
Digər Xəbərlər

“TRT Haber” Azərbaycan Ordusuna həsr olunan reportaj yayımlayıb

Azərbaycan Ordusunda xidmət edən qadınların sayı açıqlandı

Narkotikə “yox” deyək - DİN-dən sosial çarx

Bakıda hərbçilərin yürüşü keçirilir - VİDEO

Mehriban Əliyeva Silahlı Qüvvələr Günü münasibətilə paylaşım etdi - FOTO

Prezident Silahlı Qüvvələr Günü ilə bağlı paylaşım etdi - VİDEO

Azərbaycan Silahlı Qüvvələrinin yaranmasından 107 il ötür
