Bakıda hərbçilərin yürüşü keçirilir - VİDEO

Hazırda paytaxt Bakının müxtəlif mərkəzi küçə və prospektlərində hərbi orkestrlərin müşayiəti ilə hərbi qulluqçuların yürüşü keçirilir.
Adalet.az xəbər verir ki, Bakıdakı beş marşrut üzrə yürüşlər saat 12:00-dək davam edəcək.
Bakıda Heydər Əliyev sarayı - Bülbül prospekti - Nizami Kino Mərkəzi - Neftçilər prospekti - Azadlıq meydanı – “AMAY” ticarət mərkəzi, Şəhidlər Xiyabanı – “Alov Qüllələri” Kompleksi – “İçərişəhər” metrostansiyası - Qala qapısı - Azərbaycan Dövlət Kukla teatrı - Azneft dairəsi - Bəhram Gur heykəli, Qəzənfər Musabəyov parkı - Əbdürrəhim bəy Haqverdiyev küçəsi - Hüseyn Cavid prospekti - Hüseyn Cavid parkı - Parlament prospekti - Şəhidlər Xiyabanı, “Olimpik Star” İdman və Əyləncə Mərkəzi - Səməd Vurğun küçəsi - Zabitlər parkı - Bakı Dövlət Sirki - Heydər Əliyev Sarayı - İmadəddin Nəsimi heykəli - Neftçilər prospekti, Nəriman Nərimanov heykəli - Mərkəzi park - Azərbaycan Dövlət Akademik Milli Dram Teatrı - Qış parkı - Heydər Əliyev sarayı - Azərbaycan Respublikasının Mərkəzi Bankı - 28 Mall Ticarət Mərkəzi marşrutları üzrə şəxsi heyətin yürüşləri təşkil edilir.
Bununla yanaşı, Gəncə şəhərində Nizami Gəncəvi küçəsi (Bayraq meydanının qarşısı) - Heydər Əliyev küçəsi - Sabir küçəsi - Atatürk küçəsi marşrutu üzrə, Xankəndi və Laçın şəhərlərinin isə mərkəzi küçə və prospektlərində yürüşlər keçirilir.
Digər Xəbərlər

“TRT Haber” Azərbaycan Ordusuna həsr olunan reportaj yayımlayıb

Azərbaycan Ordusunda xidmət edən qadınların sayı açıqlandı

Narkotikə “yox” deyək - DİN-dən sosial çarx

Mehriban Əliyeva Silahlı Qüvvələr Günü münasibətilə paylaşım etdi - FOTO

Prezident Silahlı Qüvvələr Günü ilə bağlı paylaşım etdi - VİDEO

Azərbaycan Silahlı Qüvvələrinin yaranmasından 107 il ötür

Ombudsman Almaniyanın Federal Müvəkkilini Ermənistanın mina terroru ilə bağlı məlumatlandırıb
