26 Iyun 2025 18:47
83
DÜNYA

Pentaqon 15 ildir İrana hücuma hazırlaşırmış

ABŞ-nin İrana hücumu  Amerika hərbçilərinin çoxillik hazırlıqlarının nəticəsidir.

Adalet.az xəbər verir ki, bunu ABŞ Silahlı Qüvvələrinin Baş Qərargah Rəisləri Komitəsinin sədri general Den Keyn deyib. 

"Gecəyarısı İrana qarşı əməliyyatımız 15 illik inanılmaz işin kulminasiya nöqtəsi idi",- deyə general ifadə edib. 

Onun sözlərinə görə, əməliyyat pilotların, tanker ekipajlarının, silah mütəxəssislərinin və onu yaradanların birgə səyləri nəticəsində mümkün olub.

O qeyd edib ki, İranın Fordodakı nüvə obyektinə endirilən zərbə diqqətlə hesablanıb.

İranın ali dini lideri Ayətullah Əli Xamenei daha əvvəl ABŞ prezidenti Donald Trampın ölkənin nüvə obyektlərinə zərbə endirmək qərarına gəlməsindən sonra Tehranın ABŞ ilə qarşıdurmada qalib gəldiyini bildirib.  ABŞ isə bunun əkisini ifadə edib.