Rayan Giggz Qurban Qurbanovla görüşdü
Bakıda səfərdə olan Uels millisinin baş məşqşisi Rayan Giggz bu gün Tofiq Bəhramov adına Respublika stadionu və "Azərsun Arena"da olub.
Adalet.az qol.az-a istinadən xəbər verir ki, o, hər iki arena ilə yaxından tanış olub. Giggz ziyarət zamanı "Qarabağ"ın baş meneceri Asif Əsgərovla görüşüb. Ona Ağdam klubunun 11 nömrəli forması hədiyyə olunub.
Giggiz"Qarabağ"ınbaş məşqçisi Qurban Qurbanovla da görüşüb və qısa fikir mübadiləsi aparıb.
Qeyd edək ki, Giggiz Avro-2020-nin A qrupunda Türkiyə və İsveçrə millilərinə qarşı Bakı Olimpiya Stadionunda keçiriləcək oyunlarla əlaqədar Azərbaycana gəlib. Onun başçılıq etdiyi nümayəndə heyəti otellərə və stadionlara baxış keçirəcək, infrastrukturla tanış olacaqlar.
O, səfər zamanı AFFA-nın baş katibi Elxan Məmmədovla da görüşüb.
Digər Xəbərlər
30 Aprel 2024 19:22
Azərbaycan millisi Rumıniya ilə üz-üzə
30 Aprel 2024 15:37"Qarabağ"ın Çempionlar Liqasındakı daha bir mümkün rəqibi bəlli oldu
30 Aprel 2024 15:32"Modriçin varisi olacağımı dedilər" - Arda Gülər
30 Aprel 2024 14:00İstanbul Formula 1 Türkiyə Qran-Prisinə yenidən ev sahibliyi edə bilər
30 Aprel 2024 12:09