adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7
11 Fevral 2019 10:31
26551
MƏDƏNİYYƏT

Ramiz Məliklə Ayaz Salayevin teatr davası

Ölkəmizin ilkmüstəqil teatrı olan ADO (Azərbaycan Dağınıq Oda teatrı) məkanını itirmək təhlükəsiilə üz-üzə qalıb. Son zamanlar yaranmış maliyyə problemləri, vergi cərimələri və.ssəbəblərdən teatr icarə haqqını ödəməkdə çətinliklər çəkməyə başlayıb. Bu çətinliyinnə qədər davam edəcəyi bilinmir və problemin aradan qalxması üçün müxtəlifçıxış yolları axdarılır. Çıxış yolları tapılmayacağı təqdirdə teatr məkansızqala bilər.

Problemlə bağlı ictimaiyyət, tamaşaçılar, dövlət qurumları da məlumatlandırılıb.Hesab edirik ki, ADO ölkə mədəniyyətində müasir düşüncənin formalaşmasında,modern teatr ənənəsinin yaranması istiqamətində addımlarını davam etdirməlidir.Məkan problemi teatrın hazırda üzərində işlədiyi bir neçə proyektin də ləngiməsinəsəbəb ola bilər.

Teatrın rəhbəri Elmin Bədəlov Adalet.aza bunları söyləyib: "ADO Theatre– Collective 6 ildir ki, müxtəlif məkanlarda icarə haqqı ödəyərək müstəqil fəaliyyətgöstərir, incəsənətin müxtəlif sahələri ilə məşğuldur. Hazırkı – MirzəağaƏliyev 245 ünvanı teatrın 6-cı məkanıdır və bu məkanda 2 ildir ki, fəaliyyətgöstəririk. Hazırda ADO`nun yaşamağa səbəbləri var..”

Əməkdar incəsənətxadimi, kinoşünas Ayaz Salayev sənət adamlarını bu teatra dəstək olmağa səsləyib.O, ADO teatrını əsl sənət nümunəsi hesab edir:

"Mən ADO-nun yaşamasını istəyirəm. Bu teatr yaşamalıdır. Bilirəmki, teatrın büdcəsi yoxdur. Mən bu teatrı dəstəkləyirəm. Mənim imkanlarım məhdudur.Əgər imkanım olsaydı, ADO-ya kömək edərdim. ADO Azərbaycan cəmiyyətinə çox şeyverib. Əsl sənət nümunəsidir”.

Ayaz Salayev qeyd edib ki, ADO Azərbaycanteatrına yaradıcı gənclər gətirir: "Əgər həmin yaradıcı gənclər olmasa, biz doğrudanda itib-batarıq”.

Xalq artisti, Akademik Milli Dram Teatrının aktyoru Ramiz Məlik isəkinoşünas Ayaz Salayevə əsəbiləşib. Aktyor Ayaz Salayevin ADO teatrının müdafiəsiilə bağlı dediyi fikirlərlə razılaşmadığını dilə gətirib:

"Budur sənin teatrın? Utan da! Gəncləri hara dəvət edirsən? Bu sənətdir?Cəmiyyəti öz arşınınla ölçmə! İki-üç nəfərin fikri hələ cəmiyyətin fikri deyil!Gedin ağlınıza dua yazdırın!”.