adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7
17 Aprel 2014 11:59
5154
GÜNDƏM

Ramiz Mehdiyev - 76

Bu gün Azərbaycan PrezidentAdministrasiyasının rəhbəri, Azərbaycan AMEA-nın həqiqi üzvü, həqiqi dövlətmüşaviri Ramiz Mehdiyevin doğum günüdür.

Adalet.az-ın xəbərinə görə, Ramiz Ənvəroğlu Mehdiyev17 aprel 1938-ci ildə Bakıda anadan olub.

1957-ci ildə BakıDənizçilik Məktəbini bitirdikdən sonra "Xəzərdənizneftqazsənaye” Ümumittifaqİstehsalat Birliyinin "Xəzərneftdonanma” İdarəsində işləyib. 1961-ci ildəS.M.Kirov adına Azərbaycan Dövlət Universitetinin tarix fakültəsinə daxil olub.1965-ci ildə V kurs tələbəsi ikən Azərbaycan LKGİ MK-nın tələbə gənclərşöbəsində təlimatçı vəzifəsinə təyin edilib, 1967-68-ci illərdə Azərbaycan LKGİNaxçıvan Vilayət Komsomol Komitəsinin ikinci katibi vəzifəsində çalışıb.

1968-ci ildə M.V.Lomonosovadına Moskva Dövlət Universitetinin fəlsəfə fakültəsinin aspiranturasına daxilolub. 1972-ci ilin mayında Moskva Dövlət Universitetinin Müdafiə Şurasınıniclasında fəlsəfə elmləri namizədi alimlik dərəcəsini almaq üçün dissertasiyamüdafiə edib.

1972-ci ildən AzərbaycanDövlət Universitetinin Elmi kommunizm kafedrasında əvvəl müəllim, sonra isə başmüəllim vəzifəsində çalışıb. 1974-cü ilin mayında Azərbaycanda KP MK aparatındaTəbliğat və təşviqat şöbəsində mühazirəçi vəzifəsinə irəli çəkilib. 1976-cıilin iyununda Azərbaycan KP MK Elm və tədris müəssisələri şöbəsinin müdirmüavini vəzifəsinə təsdiq olunub.

1978-ci ilin oktyabrındaAzərbaycan KP 26 Bakı komissarı adına Rayon Komitəsinin birinci katibi seçilib.1980-ci ilin iyununda Azərbaycan KP MK-nin Elm və təhsil müəssisələri şöbəsininmüdiri, 1981-ci ilin yanvarında isə Azərbaycan KP MK-nin Təşkilat-partiya işişöbəsinin müdiri təyin edilib.

1982-ci ilin dekabrında AzərbaycanKP MK-nin katibi seçilib. 1988-ci ilin mayında MK-nin plenumunda respublikarəhbərliyinin dəyişməsi ilə əlaqədar Azərbaycan KP MK katibi vəzifəsindən azadolunub.

1988-ci ilin iyunundaAzərbaycan Elmlər Akademiyasının İctimai-Siyasi Tədqiqatlar və İnformasiyaİnstitutunun şöbə müdiri təyin olunub. 1993-cü ildə fəlsəfə elmləri doktorualimlik dərəcəsi almaq üçün dissertasiya müdafiə edib.

1994-cü ilin fevralındaAzərbaycan prezidenti Heydər Əliyev tərəfindən Prezidentin İcra Aparatının şöbəmüdiri vəzifəsinə, 1995-ci ildə isə Prezident Administrasiyasının rəhbərivəzifəsinə təyin edilib. 1980-1990-cı illərdə iki çağırış Azərbaycan AliSovetinin deputatı, 1995-ci ildə isə Azərbaycan Milli Məclisinin üzvü seçilib."Qırmızı Əmək Bayrağı”, "İstiqlal” və "Şərəf” ordenləri ilə təltif edilib.

2001-ci ildə Nyu-YorkElmlər Akademiyasının üzvü, 2007-ci ildə Azərbaycan Milli Elmlər Akademiyasınınhəqiqi üzvü seçilib.