Rafiq Yusifli: Şuşaya turist səfəri xəbərinə
Heç bilmirəm gecə necə yarmışam,
Vətən yenə yaman düşüb könlümə.
Səhəri də diri gözlü açmışam,
Vətən yenə yaman düşüb könlümə.
Qulağımda bulaqların nəğməsi,
Bu dünyada ən gözəl səs su səsi,
Ağappaqdı yəqin Kirsin zirvəsi,
Vətən yenə yaman düşüb könlümə.
Boylanıram Ərgünəşi görmürəm,
Kol dibindən bənövşəni dərmirəm,
Ev, eşiyə sığışmıram girmirəm,
Vətən yenə yaman düşüb könlümə.
Açılsa da neçə-neçə səhər çox,
Bu görüşıdən hələ xəbər-ətər yox,
Getmək üçün neçə ölkə, şəhər çox,
Amma VƏTƏN yaman düşüb, könlümə!
Digər Xəbərlər
09 Noyabr 2025 16:11
Üçrəngli göy qurşağı - Ramiz GÖYÜŞ yazır
09 Noyabr 2025 16:10
Əbülfət Mədətoğlu: Xankəndinə Sancılan BAYRAĞIMA SƏCDƏLƏRLƏ
08 Noyabr 2025 11:53
“Mən belə bir cəmiyyət heç yerdə görməmişəm...”
07 Noyabr 2025 15:47
Əsrimizin Koroğluları, Babəkləri...
07 Noyabr 2025 14:56
"Hazardan Akdenize" antologiyası Kapadokyada təqdim olunub
07 Noyabr 2025 14:47
“Zəfər. Tam və Qəti Qələbə” kitabı ictimaiyyətə təqdim olunub
07 Noyabr 2025 14:15
"Gözümün nuru - Vətən" filminin təqdimatı keçirilib
07 Noyabr 2025 12:23


Bakı -°C

