Rafiq Əliyev ABŞ-da mükafata layiq görülüb
Azərbaycanlı alim Rafiq Əliyev ABŞ-ın ən nüfuzlu "Lifetime achievement award” ("Dünya elmində ömürlük nailiyyət”) mükafatına layiq görülüb.
Teleqraf.com xəbər verir ki, mükafat sentyabrın 2-də Parisdə təqdim olunacaq. "Lifetime achievement award” mükafatı elm və incəsənət sahəsindəki kəşflərə görə verilir. 2000-ci ildə bu mükafatı Amerikada yaşayan azərbaycanlı alim Lütfi Zadə alıb. R.Əliyev ”Qərar qəbuletmə nəzəriyyəsi", "Qeyri-səlis məntiqin inkişafında görülən işlər”, "Soft-komputinq istiqamətində xidmətlər” elmi araşdırmalarına görə seçilib. "Lifetime achievement award” ABŞ-da elmi nailiyyətlərə görə alimə verilən ən yüksək mükafatdır. Bu günə qədər mükafat incəsənət sahəsi üzrə "Beatles" qrupu, Elvis Presley, Maykl Ceksona verilib.
Digər Xəbərlər
02 May 2024 17:40