adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7
24 Iyun 2019 16:30
18437
ƏDƏBİYYAT

RAFAEL HÜSEYNOV VƏ XALQ YAZIÇISI GÜLHÜSEYN HÜSEYNOĞLU – Video

Bu yaxınlarda üç nəfər – Kamal Abdulla, Afaq Məsudvə Natiq Rəsulzadə – prezident İlham Əliyevin sərəncamıyla "Xalq yazıçısı” fəxriadına layiq görüldü. Amma hər dəfə bu cür yüksək qiymət təltifindən sonraictimaiyyətdə qəribə bir dalğa yaranır. Bu dalğanın ömrü az olur. Uzağı on-onbeş gün. Yəni ki, ad alanların bu ada layiq olub-olmamaları gündəmə gəlir. Bu dəfədə belə oldu. Mənim özəl fikrimə gəldikdə isə onu deyə bilərəm ki, prezident sərəncamımüzakirə olunmur. Bircə Musa Yaqub haqqında verilən sərəncamı oxuyanda sonunaürəyimdə iki kəlmə söz artırdım. O da ki, mötərizədə: (Ölümündən qabaq).

Elmira Axundova Xalq yazıçısı fəxri adına layiqgörüləndə sevincimi balaca bir yazıyla bölüşmüşdüm. Bu dəfə isə tamam başqa birhiss keçirdim. Ümumiyyətlə bu cür hissi yeddi yaşımdan bəri çox yaşamışam. Hərbu ada layiq olanların adı televiziyada və ya mətbuatda elan ediləndə ilk qiymətləndirməmeyarı atamdan gəlib. Amma atamın sağlığında "layiq deyil” sözü leksikonda yoxidi. Sadəcə, niyə məhz bu məqamda bu ad verildi məsələləri, yəni səhnəarxasısöhbətlər yer alırdı cəmiyyətdə. Məsəlçün... Yox. Deməyəcəyəm. Deməyəcəyəm ki, AzərbaycanYazıçılar İttifaqının 1-ci katibi İsmayıl Şıxlı necə oldu Mərkəzi Komitəyə təqdimatyazıb öz adını da bu siyahıya saldı və kimin təkidiylə. Çünki utanırdı öz adınıözü yazmağına – layiq olsa da. Deməyəcəyəm ki, məhz bu siyahıya qonşusu, dostuQabilin adını niyə salmadı? Amma o biri qonşusu Samvel Qriqoryanın adını niyəsaldı? Xəlil Rza bu adı alanda hamı nə dedi? Qabillə Bəxtiyar Vahabzadəarasında aldıqları Xalq şairi fəxri adıyla bağlı hansı zarafatları vardı? Deməyəcəyəm.Qoy sirr olaraq da qalsın.

Amma Xalq yazıçısı Gülhüseyn Hüseynoğluyla bağlıfikirlərimi, daha doğrusu, o, "Xalq yazıçısı” fəxri adı alarkən atamla aramızdaolan dialoqu yazmağa məcburam. Yazmaq istəmirdim. Amma burda "Prezidentin sərəncamımüzakirə olunmaz” prinsipim pozulmadığı üçün yazmağa qərar verdim. Bəs başlıqdayer alan digər ad – akademik, yazıçı, filoloq, millət vəkili Rafael HüseynovunGülhüseyn Hüseynoğluyla nə əlaqəsi? Tələsməyin. Yavaş-yavaş. Elə isə başladıq.

GÜLHÜSEYNHÜSEYNOĞLU

Onu uşaqlıqdan tanıyıram. Daha dəqiq desəm, yeddiyaşımdan. Əvvəlcə qiyabi. Gülhüseyn Hüseynoğlunun "Mücrü” mənsur şeirinin əsasındaçəkilmiş eyniadlı kiçik – 16 dəqiqəlik filmin televiziyada nümayişindən sonra.Qısa məzmun beləydi: Anaqızını gəlin köçürəndə ona cehiz olaraq mücrüverir və "mücrüsüz gəlin olmaz" deyir. Gəlinisə vaxt keçdikcəmücrüyə əri tərəfindən hədiyyə edilən zinyət əşyalarını qoyur. Mücrü dolur.Lakin amansız müharibə onun əriniəlindən alır, aclıq başlayır. Gəlin məcburqalıb mücrüdəki zinyət əşyalarını bir-bir satır və uşaqlarını böyüdür. Mücrüboşalır. İllər keçir müharibə bitir və həmin mücrü uşaqların diplomları iləyenidən dolmuş olur. Bu filmdəki "Açıldı mücrü, bağlandı mücrü” ifadələri ana xəttidi. Və hər dəfə bu mücrü açılıb bağlananda, iki sözdən ibarət bu ifadə zəmanəni,böyük bir ailənin xoşbəxt və ya ağır həyatını ustalıqla ifadə edirdi. Əlavəhansısa söz artıq olardı.

Bu film 1973-cü ildə çəkilmişdi. Sonra atam dediki, Gülhüseyn müəllim Azərbaycanda mənsur şeirin banisidir. Mikayıl Müşfiqin tədqiqatçısıdır.Antisovet "İldırım” təşkilatının qurucularından biridir. Bəxti gətirib ki, güllələnməo vaxt ləğv edilmişdi, 25 il həbs almaqla canını qurtardı.

Universitetdə oxuyanda Gülhüseyn müəllim mənəMikayıl Müşfiqdən xüsusi kurs keçdi. Saralmış əlyazmaların nüsxələrini gətiribbizə oxutdururdu. Bunlar o dövrün bəzi yazıçılarının Müşfiqin əleyhinəyazdıqları "donos”lar idi. Bəlkə də sovet zindanında yatması onu Müşfiqə dahayaxın etmişdi, onu daha dərindən duyurdu. Amma atam onun yaradıcılığını yox,daha çox Mikayıl Müşfiqlə bağlı tədqiqatlarını önə çəkirdi. Bütün xüsusiyyətlərinibir ifadədə cəmləşdirirdi. Bu qiyməti sonda deyəcəyəm. Xalq yazıçısı fəxri adıalanda atama verdiyim "Gülhüseyn Hüseynoğlu Xalq yazıçısı fəxri adınalayiqdirmi” sualına cavab idi bu qiymət. Məhz bu yazını da yazmağa məni bu ifadəməcbur etdi. Gülhüseyn müəllimlə bağlı bu qədər. Keçək yazımın əsas qəhrəmanıRafael Hüseynova.

RAFAELHÜSEYNOV

Rafael Hüseynovun xüsusi təqdimata ehtiyacıyoxdur. Jurnalist, yazıçı, ədəbiyyatşünasalim, millət vəkili, muzey direktoru, daimi komitə sədri və ən əsasıqalın-qalın kitabların müəllifi.

Amma mən onu ilk dəfə yuxarıda sadaladığım xüsus vəmənsəblərinə görə tanımamışam. Qiyabi tanışlığımız 1982-ci ilə təsadüf edir.İlini necə yadımda saxlamışam?

HAŞİYƏ: Qonşumuz, atamın dostu Salam Qədirzadə bizdə idi.Yeyib-içirdilər. Xatirələr dilə gəlirdi, sağlıqlar bir-birini əvəz edirdi. Məndə yanlarında oturub onların əmrlərini yerinə yetirirdim: "Arağı süz!”, "Apar "morozilka”ya(buzxana) qoy soyusun! Biz deyəndə gətirərsən!”, "Tavadakı yeməyi qızdır!”, "Televizorunkanalını dəyiş, səsini al və ya qaldır!” (onda pult yox idi), "Siqaretiyandır!”. Bu əmrləri layiqincə yerinə yetirirdim. Müqabilində mənə nə içki təklifedirdilər, nə də siqaret. Gizlincə də içmirdim, çəkmirdim. Mən 16 yaşlı ağıllısovet uşağı idim. Birdən televizorda qıvrımsaç, qaraqaş, qaragöz, 25-30 yaş arasıoğlan danışmağa başladı. Bəlkə də dediyim təsvirlər başqa rəngdəydi. Ammatelevizorumuz ağ-qara göstərirdi. AtamlaSalam əmi əllərindəki badələri toqquşdursalar da, başlarına çəkməyib gözlərinitelevizora dikdilər. Başqa vaxt bir-birilərinə "iç də... araq soyudu ki?” deyəirad bildirənlər oğlanın çıxışına diqqətlə qulaq asırdılar. O isə ədəbiyyatdandanışırdı. Sinədəftər və heç bir kağızdan oxumayaraq. Təqribən 5-10 dəqiqəlilikçıxış bitdi, kadr dəyişdi. Badələr boşaldı.

Salam,bu kim idi? Titri oxuya bilmədim.

Adıyadımdan çıxıb, – deyə Salam əmi cavab verdi, – bizim Ruslanla (oğlu) bir yerdəoxuyurdu şərqşünaslıqda – fars dilində.

İstedadlıuşaqdır, – deyə atam əlavə elədi.

Söhbət bununla bitdi. Səhəri atam Salam əmiyə zəngelədi:

Salam,"İstedad” adlı şeir yazmışam. Sənə oxumaq istəyirəm. Dünən televiziyada danışanoğlana həsr etmişəm. Heyf ki, adını bilmədim.

Salam əmi bizə gəldi və atam şeiri ona oxudu.

QABİL

İSTEDAD

İstedadlar tәk-tәk olub hәr zaman

Barmaq ilә göstәrilib, sayılıb.

Qeyri-adi bir ağıldan, kamaldan

Ağıllara qığılcımlar yayılıb.

Elә toxum, elә dәndi istedad,

Minnәti yox nә bağbana, nә bağa.

Hara düşdü göyәrәndi istedad,

Yum gözünü sәp arana, sәp dağa.

Xalvar-xalvar qum әlәyәr әlәklәr,

Bircә ovuc qızıl tozu tapınca.

Heydәn düşәr polad-polad bilәklәr,

Birtәbәqә qraniti çapınca.

Zәfәran da istedaddır elә bil,

Hardan-haraәtir saçır bir teli.

Gözyaşardan soğan kimi çox deyil,

Birzolaqdır qızıl seli, nur seli.

Birrәqqasә rәqqasәlәr içindә

Yeddirәnglә busat qurur istedad.

Fәrәh, hәsәd, xoş, bәd nәzәr içindә

Susmaqbilmir, cәh-cәh vurur istedad.

"Gözümçıxdı”bilәn deyilistedad,

Sığalada ehtiyacı yox onun.

Öldurәsәn, ölәn deyil istedad,

Şirnikdirsәn – gözü-könlü tox onun.

Tarixlәrdәn-tarixlәrәyadigar

Nadir-nadiradamlardı istedad.

Qәtiyyәtli, iradәli, fәdakar

Qadir-qadiradamlardı istedad.

Qәdr ağacı uman deyil özünә,

Qәdirlidir-qiymәtlidir istedad.

Tәbәssümlә nәzәr salsan üzünә,

Dünyalarca şöhrәtlidir istedad.

1982

Şeirin altından qoyulan tarix isə 1982-ci il idi. MənimRafael Hüseynovla qiyabi tanışlığımın ilini dəqiq yadımda saxlamağım bununla əlaqədaridi. (SON)

İKİNCİTANIŞLIQ

Sovet vaxtı idi. Günlərin bir günü rayona gedirdik.Atam həmişə maşında Azərbaycan radiosuna, ya da "Araz”a qulaq asırdı. Çünki ovaxt başqa radio yox idi. Bu zaman öz səsini eşitdi. Onun haqqında verilişgedirdi efirə. Müxbir sual verir, o da danışırdı. Hərdən indiki dildə desəkşoka salan suallar da verirdi. Atam bu sualların altından ustalıqla çıxırdı.

Sənəsual verdi. Niyə konkret cavab vermədin? – deyə soruşdum.

Olmazo suala cavab vermək. Müxbir bilir cavabını. Ona görə də bu məsələyə toxunur.İstəyirsənsə sənə deyim. (deyir də..)

Bəsmüxbir bilir ki, bu suala cavab verməyəcəksən, onda niyə soruşur?

Onunda qazancı budur da...

Kimdiaxı bu müxbir?

RafaelHüseynov. Bax belə oğlandır, – deyə atam sağ əlini sükandan ayırıb başbarmağını yuxarı qaldırdı.

ÜÇÜNCÜTANIŞLIQ

1987-ci il idi. Əsgərlikdən qayıtmışdım. Heç kiminkitabını oxumağa həvəsi olmayan və ümumiyyətlə heç kimin kitabını oxumayan mənəatam məsləhətlər verməyə başladı. Birinci kitab qonşumuz Bayram Bayramovun 700səhifəlik (indinin 1500 səhifəsi) xırda şriftli "Karvan yolu” romanı idi.Oxudum. Cəlil Məmmədquluzadəni, o dövrü, Həmidə xanım Cavanşiri və digərlərini dahayaxından tanıdım. Bəzi məqamlarda Mirzə Cəlillə İlyas Əfəndiyev arasındaparalellər axtarmağa başladım. Sonra isə "Kerri bacı”nı oxudum. Üçüncü kitabıisə atam oxuyurdu. Adı "Vaxtdan uca” idi. Xülasə, oxuyub qurtardı. Sonra daamiranə şəkildə dedi: "Oxumalısan!”

Başladım oxumağa. Mirzə Cəlili tanımışdım. Bu dəfəisə tamam naməlum bir yazıçını tanıdım. Çünki Cavidi çox da geniş tədrisetmirdilər onda. Baxmayaraq ki, çoxdan bəraət almışdı. Onuncu sinifdə oxuyandabir şeirini əzbərləmişdim. Bir də rejissor Mehdi Məmmədovun quruluşunda "İblis”tamaşasına 11 dəfə baxmışdım. Niyə 11 dəfə? Çünki filologiya fakültəsi tələbələrinəAzdrama öz biletlərini dönə-dönə sırıyıb, sosiska-limonad-kojikə verəcək pulusunuəlindən alırdı. Özü də ki, yerlər partedə yox, ikinci mərtəbədə-yarusda olurdu.Amma, mən on bir dəfənin on birində də "İblis”i əvvəldən axıracan seyretmişdim. Xülasə, "Vaxtdan uca”nı iki günə oxudum. Bir yerində ilişdim. HüseynCavidlə bağlı bir adamın adı pisliyə çəkilirdi orda. Adı familiyası tam verilməmişdi.Baş hərfləriydi yalnız: A.Z. Atamdan soruşdum ki, bu A.Z. kimdir? Dedi ki, "akademikAbbas Zamanovdur. Sağdır. Düz edib bütöv yazmayıb adını”. Əvvəl inanmadım. Lakinhəmin adamın filologiya fakültəsi partiya iclaslarının birindəki çıxışı və heçkim hiss eləmədən aradan çıxması o adın baş hərflərlə də olsa kitabda çəkilməsinəgörə müəllifə haqq qazandırdım. "Vaxtdan uca” gözəl əsər idi.

DÖRDÜNCÜTANIŞLIQ

AzTV-nin "Xəbərlər” proqramında işləyirdim. Mədəniyyətçəkilişlərini şair çörəyi yeyən mənə daha çox həvalə edirdilər. Bu çəkilişlərdə"hörmət” olmurdu. Amma qəhrəmanlar hamısı hörmətli adamlar idi. Daha doğrusu, cəmiyyətinqaymaqları. Onda vəzifəli, pullu adamlar hələ qaymaq sayılmırdı. Bakıda AmerikaUniversiteti fəaliyyət göstərirdi. Səhv etmirəmsə Rafael müəllim orda dekan idi.Həftədə bir dəfə görkəmli şəxsləri mühazirə deməyə dəvət edirdi. Gəncləri deyə bilmərəm,amma mən bu mühazirələrə əvvəldən axıracan diqqətlə qulaq asmışdım. Xüsusilə dəAnarın mühazirəsinə.

SONRAKITANIŞLIQLAR

Sonrakı tanışlıqlarım çoxaldı. Ona görə də nömrələməyəlüzum bilmirəm. Artıq Rafael Hüseynov proporsional seçki sistemiylə millət vəkiliseçilmişdi. (Düz elədilər. Əsgər Məmmədovdan mənim də xoşum gəlmirdi) Tez-tezteleviziya ekranlarında görürdük onu. Amma alimliyini, tədqiqatçılığını,yazıçılığını millət vəkilliyinə qurban verməmişdi. Qalın-qalın kitablarıçıxırdı. Qəhrəmanları isə dahi, tanınmış, görkəmli insanlar idi. Adlarını çəkməyəcəyəm.Bir yazıya yerləşməz o insanların hamısının adını çəksəm. Həm də ki, məqsədimbaşqadır. Mənim yazımın nəticəsinə "Vaxtdan uca” təkcə bəs edər.

Vaxt keçdi. Atam dünyasını dəyişdi. Rafael Hüseynovrəhbərlik etdiyi muzeydə onun guşəsini açdı. Mənə zəng etdi ki, yardımçı olum.Dedim ki, nə vaxt gətirim dediklərinizi? Dedi ki, "dünən”. Həmişə gələcəyə canatan, yenilik etməyə çalışan adam üçün "bu gün” artıq gec sayılar. Dediyi kimidə etdim. Hamısını aparıb təhvil verdim muzeyə. Qabilin saatı, Üstündə şəkliolan yubiley araq şüşəsini (bütöv), araq içdiyi rumkası, papağı, saatı... necədeyərlər orijinal şeylər. Orden-medal, mükafatlarını da dedi ki, gətirərsən.Aparmadım. Çünki, hərdən özüm taxıb nəfsimi öldürürəm.

KLASSİKİNCİKLİK

Rafael Hüseynov Mədəniyyət komissiyasının sədrikimi iclasların birində deputat Zeynəb Xanlarova haqqında söz demişdi. Deməjurnalistlər bunu bəzəyərək aləmə başqa cürə car çəkiblərmiş. Söhbətə mən dəbir publisist kimi münasibətimi bildirdim. "Zeynəb Xanlarovaya zəng” adlıyazıyla. İndi deyəcəksiniz ki, yəqin Rafael müəllim sənin bu yazından inciyib.İncisəydi sevinərdim. Söysəydi susardım. Bilirsinizmi ki, o boyda akademik,millət vəkili, komitə sədri, alim, muzey direktoru nə etdi? Mənə öldürücü zərbəvurdu. İndiyəcən özümə gələ bilmirəm. Nə etdi? Məni Feysbuk dostluğundançıxartdı.

RAFAELHÜSEYNOV QORXUSU

Atamın 90 illik yubileyi günlərində AzTV-dəyayımlanan verilişdə çıxış etdi. Orda "Nəsimi” poemasıyla bağlı mənə gizliqalan bəzi detalları açıqladı. Sonra filarmoniyada keçiriləcək yubileydə "kiminçıxış etməyini istəyirsən” deyə mənə müraciət ediləndə, ilk olaraq iki nəfərinadını dedim: akademik Nizami Cəfərov və akademik Rafael Hüseynov. Razılaşmadılar.Rafael Hüseynovla bağlı onu əsas gətirdilər ki, ürəyi doludur. Açıldısa dayanabilmir. Reqlamentə təslim olmur. Başqalarına danışmağa imkan vermir. Mənə İsa Həbibbəyliniməsləhət gördülər. Mən də ona razılıq vermədim. Oldu heç-heçə – 1:1

QABİLLƏYAXINLIĞI

Atam Rafael Hüseynovun xətrini çox istəyirdi (əlbəttəki, sağlığında). Bunun ilk olaraq hardan qaynaqlandığını açıqladım. RafaelHüseynovun "Millətin zərrəsi” adlı kitabı barədə yazdığı "Bu kitab...” adlı məqaləsindəəsas fikirlərini açıqlayıb. İstəyən olsa oxusun. Bir yaxınlıq da var. Bu daondan ibarətdir ki, hər ikisi avqustun 12-də anadan olub. İkisi də əsl sənətin,əsl sənətkarın xiridarıdır. Hə. Lap yadımdan çıxmışdı. Bir şəxsi zarafatyanasöhbətləri də vardı. Atamın adaşı olan xolodelnik ustası Qabillə bağlı. Bunu Rafaelmüəllim özü yaxşı danışır. Mən desəm korlayaram. Hə, bir xüsusiyyətini də qeydetmək lap yadımdan çıxmışdı. Rafael müəllimin gözəl musiqi duyumu var. SəmədVurğunun yaratdığı Vaqifin təbirincə desək "az-az oxuyur yeri gələndə”. Həttadeyərdim ki, xormeysterlik də edə bilər. Aşağıdakı videoda bunun siz də şahidiola bilərsiniz. 



Mən hiss eləməmişəm. Amma deyirlər ki, Rafael müəllimyaman iddialı adamdır. Məncə mənfi cəhət deyil. Deyərdim ki, hətta müsbətxüsusiyyətdir.

SON

Ürəyimi boşaltdım. İndi qayıdaq başlığa. Bəlkə dəyadımdan çıxanlar da oldu. Qalsın sonraya. Dünyanın axırı deyil ha...

Gülhüseyn Hüseynoğlu "Xalq yazıçısı” fəxri adıalanda soruşdum:

Papa,Gülhüseyn müəllimə niyə verdilər ki, bu adı? Bir məşhur əsəri var. O da ki,"Mücrü”. Onu da yaxşı ki, AzTV o vaxt balaca bir film kimi çəkib. Yoxsa heç kimtanımazdı. Mücrüyə görəmi verdilər?

Yox.

Onda,Azərbaycan mənsur şeirin əsasını qoyduğuna görə.

Yox.

Yəqino vaxt antisovet gənclər hərəkatındakı iştirakına, "Azadlıq” deyə hayqırdığınagörə.

Yox.

Onda,Azərbaycan ədəbiyyatını bir alim, bir müəllim kimi təbliğinə görə.

Yox.Bəs niyə?

Müşfiqinmənəvi övladı olduğuna görə.

Nədənsə, prezident İlham Əliyevin üç yazıçıhaqqında sərəncamını görəndə atamla illər əvvəlki dialoqumuz yadıma düşdü. Vəgözümün önünə ilk olaraq adını bu sərəncamda görmədiyim, amma görmək istədiyimRafael Hüseynov, onun "Vaxtdan uca” əsəri gəldi. Atam sağ olsaydı ona sual verərdim.Deyərdim ki, bəs Hüseyn Cavid haqqında yazılan 363 səhifəlik "Vaxtdan uca” kitabı– gözəl əsər olmağı bir yana qalsın – mənəviövladlıq deyilmi? 408 səhifəlik "1002-ci gecə” kitabı mənəvi övladlıq deyilmi?"Məhsəti necə varsa” kitabı mənəvi övladlıq deyilmi? "Millətin zərrəsi” kitabımənəvi övladlıq deyilmi? Bütün əsərləri, kitabları sadalamağa ehtiyac duymuram.Sabah Rafael Hüseynov adı unudulsa da, əsər adları unudulmayacaq. Çünki sənətkarıatası verdiyi ad yox, yaratdığı əsərlərin adı yaşadır. "Koroğlu” operasındanüvertura səslənir. Qulaq asırıq. Sonra deyirik: "Allah bunu bəstələyənə rəhməteləsin”. Hər hansı milli valyutanı qiymətə mindirən qızıl, ləl-cəvahiriyyatdır.Xoşbəxt o yazıçıdır ki, onun heç olmasa bir kitabının, bir misrasının adı yaddaşlardaqala. Uzağa getməyək. Lap Qabili götürək:

Kütbıçaqparıldayıb

Xırçıltısalıb.

Qılıncqındapasatıb

Qındakorşalıb...

Heyf...korşalırıqbiz,

Səhvdüşəndəyerimiz.

2019