17 Oktyabr 2018 14:53
8185
MƏMLƏKƏT

Radiodan mətbəxtə


AğasəlimPünhanoğlu

Bu yaxınlarda radio da bir verilişdə mövzu qısqanclıqidi. Təsadüfən qulağasmalı oldum. Xeyli "Fəlsəfi” xatirələr də qoydu bu verilişməndə. Doğurdan da əmin oldum ki, kimlərinsə evlərində-eşiklərində, gündəlik həyatlarındabaşverən ən dərin social xırdalıqları görmək üçün, radiodan günorta 1saat ayırıb "evinizə qonaq gəlmişik,dərdinizi bizə danışın” demək bəs edir.

Doğurdan da ailələrin qapısından girib birbaşa mətbəxtəkeçmək bu qədərmi sadədir bu kütlədə?

Yadımda qalan anormal "sosial” xatirələr də var bölüşəcəm,amma, yadda qalan başlıca şey o oldu ki, insanların əksəriyyətində qeyri normal"anormal” qısqanclıq var. Buna heç qısqanclıq da demək olmur.

Qeyri-normal qısqanclıq qısqanclığın ən qorxunc növüdür.Üstəlik o Freqoli sindromuadlanır.

Bir qayda olaraq beləqısqanclığın kökləri uşaq vaxtlardan götürülür və o tədricən genişlənir, güclənir,ən müxtəlif formalarda özlərini göstərərək bəzən sadəcə dəhşətli hadisələrə, həttaqətlə qədər gətirib çıxara bilir. İnsanlar bağçada öz tərbiyəçisini qısqanır, məktəbdəsevimli müəlliməsinini, evdə öz anasını və sonra qızını və arvadını qısqanmağabaşlayır.

Həm də ən qorxuncuodur ki, bir qayda olaraq daim təkrarlanan bu qəzəbin sonu təcavüzlə sonayetir. Belə qısqanclığı- baxış, söz, qoxu, hərəkət provokasiya etməyi hamıbacarar. Nə vaxt ki, partlayış keçi gedir qısqanc adam anlayır ki, bədbəxtliklərdə törədə bilər, amma o vəziyyətdə o özünə nəzarət etməyə bilər. Nə vaxt ki,onun növbəti qısqanclıq partlayışı olacaq və nə ilə bitəcək, bunu həttaqısqanan adamın özü də bilmir.

İnsanı iki şeyformalaşdırır əsasən: - Məntiq, təfəkkür. İstənilən addım bu iki şeydən doğur,kökünü oradan alır.

İnsanın özünə kənardanbaxa bilmək qabiliyəti olmalıdır, san ki, radioda gedən bu tipp verilişlərə zəngedib ərindən, arvadından danışanlar heç vaxt o verilişlərə qullağasmayıblar, eləradionu açıb zəng vurub özlərinə qulağasır, tez radionu söndürürlər.

Bir ağdamlı dayday zəngvurub ki, qağa, mən ağdama taksi işləyirəm, arvad imkan vermir yolu sürüm. Teztez zəng vurur ki, neçə klyentin var? İndi haradasan? Tez qayıt.

Aparıcı da deyirki, bunun nəyi pisdir ki? Maraqlanır da?Dayday deyir yox ee, klyent zad yanında danışmaq olmur axı.

Nə isə, dayday deyirki, ta mən bilmirəm hayana qaçım bbu arvadın əlindən, başına dönüm.

Hələ elə olur ki,klyent tapılmır qayıtmağa, bir yer tapıb qalıram, səhər qayıdıram. Onda daqayıtmağa peşiman oluram, arvad yapışır ki, hansı arvadın yanında qalmışdın?...

Fikr vermişəm, həmişə kiçik insanlar böyük işlərdə sərişdəsizolurlar, eynən bu tipp adamların ailə-uşaq sahibi olduqları kimi.

Bir qadın isə zəngedib deyir ki, ərimi çox qısqanıram, kaş ölə, bilərəm ki qəbrdədir, çıxabilmir, qəbri də filan yerdədir, gedib baxıb rahat olub gələrəm.

Deyir ki, əriminfacebook parolu da məndədir, hər səhər 6`da oyanıb onun facebookuna birinciözüm baxıram. Dostluğunda olan xanımlarla gün ərzində yazışıram.

Bu adam evdarlığı dagözdən salır. Bu qadının aləmində evdarlıq disbeççer kimi erinin facebookdakıxanım dostlarıyla yazışmaq, tez tez əri ilə əlaqə saxlayıb vəziyəti bilmək, evənə vaxt qayıdacağını dəqiqləşdirməkdir.

Hələ bəzi ailələrvar ki, analar qız övladlarını da bu işə cəlb edirlər, gün ərzində özləriyatanda, ya əllərində başqa iş olandaqızlarına atalarının facebook`unu, instaqram`ını izlətdirirlər.

Bu tipp adamınpisliyi ilə yaxşılığı arasında niyyət fərqi olar, nəticə onu düşündürmür. Buqadının niyyəti budur ki, ərim ölər yaxşı olar da, bilərəm ki gəzmir, ora buragetmir. Nəticə isə ölümdür, ölüm bu insanı düşündürmür..

Bu cür qısqanclığınaltında özünə inam əskikliyi, tək qalma qorxusu, adam yerinə qoyulmamaq qorxusuvar.

O qorxu ki, insanbunu həzm edə bilmir, o səbəbdən də öz ərinə ölüm də istəyir ki, ölsün, amma ərimüəllimdirsə qız tələbəsi, taxi sürürsə qadın müştərisi, həkimdirsə qadın pasienti olmasın…

Bu tipp "dərinliklər”,pataloji qısqanclıqlar artıq mənəviyat məsələsidir. Mənəviəskiklik var.

Mənəviyatdakı əskiklikləri tamamlamaqla bu xəstəlikdənqurtulmaq olar…