“Dünyanın müxtəlif ölkələrindən jurnalistlərin Şuşaya gəlməsi...”
“Həqiqətən də Azərbaycan qlobal gündəmin müzakirə olunduğu məkanlardan birinə çevrilməkdədir. IV Şuşa Qlobal Media Forumunda cənab Prezident İlham Əliyevin forum zamanı müxtəlif ölkələrdən gəlmiş media nümyəndələrinin suallarını açıq formatda cavablandırması enerji təhlükəsizliyi, geosiyasət, Azərbaycan-Türkiyə münasibətləri, regional sülh, Avropa bazarı və Qlobal Cənub kimi çox geniş istiqamətləri əhatə etdi ki, bu da Azərbaycanın beynəlxalq proseslərlə bağlı mövqeyini birbaşa dünya mediasına çatdırmaq imkanı yaratdı”.
Adalet.az xəbər verir ki, bunu iqtisadçı Eldəniz Əmirov deyib.
“Bu cür forumların əhəmiyyəti yalnız səsləndirilən fikirlərlə məhdudlaşmır. Dünyanın müxtəlif ölkələrindən jurnalistlərin Şuşaya gəlməsi, bölgəni öz gözləri ilə görməsi və Azərbaycanı birbaşa mənbədən dinləməsi informasiya diplomatiyasının ən təsirli vasitələrindən biridir.Bu gün dövlətlər arasında rəqabət iqtisadiyyat, hərbi imkanlar və enerji ilə yanaşı, informasiya müstəvisində də gedir. Öz mövqeyini inandırıcı şəkildə təqdim edəbilən ölkələr beynəlxalq ictimai rəydə daha güclü mövqe qazanırlar. Bu baxımdan IV Şuşa Qlobal Media Forumu Azərbaycanın beynəlxalq nüfuzunu möhkəmləndirən mühüm platformadı”, - deyə o, bildirib.
Vasif ƏLİHÜSEYN
Digər Xəbərlər
14 Iyul 2026 12:09
Qumar oyununda təkrar iştirak edənlər inzibati həbs olunacaq
14 Iyul 2026 11:59
Azərbaycanda bu şəxslər 1500 manatadək cərimələnəcək
14 Iyul 2026 11:57
Elektron siqaretlərin mülki dövriyyəsi qadağan edilib
14 Iyul 2026 11:48
Balıq məhsullarının satışı ilə bağlı yeni qaydalar müəyyən edildi
14 Iyul 2026 11:17
“Artıq televizora baxmağa camaatda hövsələ də qalmayıb...”
14 Iyul 2026 11:04
Hikmət Hacıyev Şuşada Türkiyə nümayəndə heyəti ilə görüşdü
14 Iyul 2026 10:41
IV Şuşa Qlobal Media Forumunun ikinci günü öz işinə başlayıb
14 Iyul 2026 10:25


Bakı -°C

