Tarix Əliyev: “Bu hal özəl televiziyaların marketinqinə böyük zərbə vurub”
Müstəqil televiziyaların müstəqil mövqeyi var. Audiovizual Şura byan etdi ki, biz heç kəsin verilişini bağlaya bilmərik. Bu, ancaq müstəqil televiziyaların öz qərarı ola bilər. Audiovizual Şura televiziyaların qayda- qanunu pozmayan efirlərin yayımına qadağa qoymursa, kim deyə bilər ki, mən 20-25 müğənninin efirə çıxmasına qadağa qoyuram? Biz müstəqil ölkədə yaşayırıq. Bu müğənnilərin hər birinin özünəməxsus kütləsi var”.
Bu sözləri Adalet.az-a açıqlamasında prodüser, aparıcı Tarix Əliyev deyib:
“İnsanlar bayağı adlandırdıqları müğənnilərə qulaq asırlar. Onlar niyə bayağı olsun ki? Vaxtilə Məmmədbağır Bağırzadə, Baloğlan Əşrəfov , Ağadadaş Ağayev də AzTV-yə çıxmaq üçün başqa bəstəkar mahnıları ifa edirdilər. Onların da ifası bayağı adlandırılırdı. Bu müğənnilərə toyxana ifaçıları deyirdilər. Amma onlar efirdə gözəl bəstəkar mahnıları ifa edirdilər. Demək istəyirəm ki, bu qədər müğənnilərə efir qadağası qoymaq mümkünsüzdür.
Heç bir rəsmi qurum bu qadağa haqda bir söz deməyib. Heç bir rəsmi orqan bu “siyahı”nı tətbiq etməyib. Azərbaycan televiziyalarının reytinq cədvəlinə nəzər salsaq 1-ci “Xəzər TV”, 2-ci “ATV”, 3-cü yeri isə “ARB” və “Space TV” bölüşürdü. Bu gün isə ATV ilə ARB reytinq cədvəlində Space TV-dən də aşağıda dayanır. Bu hal özəl televiziyaların marketinqinə böyük bir zərbə vurub.
İnsanların və televiziyaların bayağı adlandırdığı müğənnilərin adları “İctimai.TV-də “Maska şou”da hallanır. Orada Nigar Camal Ofelya Şabanovaya “ Ərinin orasını- burasını yuyan” dedi. Və bütün sosial şəbəkənin gündəmi bu mövzu oldu.
Əgər Ofelya Şabanova, Nəfəs, Şəbnəm Tovuzlu v.s bunlar bayağı müğənnilərdirsə, təxminən bir milyon iki yüz min dəyəri olan layihədə onun adını çəkməyə niyə icazə verirlər? Axı bayağı dediyin müğənni bu vasitəilə təbliğ olunur.
Tam 10 il aparıcılıq etmişəm. Heç vaxt efirlərdə rəsmi qadağa olmayıb. Bu gün heç bir dövlət qurumu zəng edib özəl televiziyalara bildirmirlər ki, filankəsi efirə çağırma. Belə bir anlayış yoxdur.
Sadəcə görünür ki, gündəm olaraq bu müğənnilər çox müzakirə olunur. Şəxsi həyatları çox diqqət çəkir. Aparıcılar öz aralarında həmrəylik bildirib, həmin müğənniləri bir müddət efirə çağırmamağı mələhət bilirlər.
Nəzarət hər yerdə var, nəzarət başqa anlamdır, qadağa başqa. Əlbəttə, insan evində heyvanı da nəzarətsiz qoya bilmir.
Ola bilər ki, efirlərdə maraqlı verilişlə olur. Ancaq televiziyalar istədiyi reytinqi ala bilmir. Bu da onu sübut edir ki, bizim cammat, bu toplum həmin bayağı dedikləri müğənnilərə daha çox baxırlar.
Efirdə səviyyədən danışanların bir çoxu ömür boyu cammata maraqsız olub. Elə maraqsız olduqları üçün də onları efirlərə dəvət etmirlər”.
Əntiqə Kərimzadə


Bakı -°C

