“Azərbaycan tərəfi bu riyakar hücuma cavab vermək hüququnu özündə saxlayır”
“İran İslam Respublikasının Naxçıvan Muxtar Respublikası ərazisinə dron hücumu molla rejiminin nankorlugu və riyakarlığı kimi qiymətləndirilməlidir. Eyni zamanda, mülki infrastrukturun hədəf alınması qorxaqligin və acizliyin nümunəsidir. Baş vermiş hücum beynəlxalq hüququn norma və prinsiplərini kobud şəkildə pozur və regionda gərginliyin artmasına səbəb olacaq. Qarşı tərəf qısa müddət ərzində dərhal açıqlama verməli və bu kimi halların baş verməməsi üçün zəruri addımlar atmalıdır”.
Adalet.az xəbər verir ki, bunu millət vəkili Vüqar Bayarmov deyib.
O, bildirib ki, mülki infrastruktura, o cümlədən məktəb binasına edilən hücum birmənalı olaraq terror aktıdır:
“İrandaki molla rejimi daim Azərbaycanlılara qənim kəsilib, onların hüquqları əlindən alıb və orada yaşayan soydaşlarımızı daim təzyiq altında saxlayıb. Azərbaycan tərəfi bu riyakar hücuma cavab vermək hüququnu özündə saxlayır və qarşı tərəf mutləq öz cavablarını alacaq”.
Millət vəkili deyib ki, İran molla rejiminin Azərbaycana qarşı nankor və riyakar hərəkətləri və eləcə də davranışları mütəmadi olaraq müşahidə olunur:
“Baxmayaraq ki, Azərbaycan hər zaman mehriban qonşuluq siyasətinə üstünlük verib. Dərs vaxtı orta məktəbi hədəfə almağa çalışması İranın terrorçu siyasətini məkrli formada davam etdirməsindən xəbər verir.Azərbaycan Prezidenti İlham Əliyevin Təhlükəsizlik Şurasının iclasındakı çıxışında qeyd etdiyi kimi, “Dəmir yumruq” yerindədir. Təhdidin haradan gəlməsindən asılı olmayaraq Azərbaycanın gücünü sınamaq istəyənlərin başı “Dəmir yumruq” vasitəsilə hər zaman yarılacaq. İran da istisina deyil.Bu terror akti İranın maskasını bir daha cırdi. Hər mənada”.
Vasif ƏLİHÜSEYN
Digər Xəbərlər
06 Mart 2026 12:15
İlham Əliyev qanalı həmkarını təbrik etdi
06 Mart 2026 11:32
“Azərbaycan odu ilə oynayanlar elə o odda da yanıb külə dönüblər”
06 Mart 2026 11:28
Prezident Moldovanın Baş nazirinin müavinini qəbul edib
06 Mart 2026 10:23


Bakı -°C

