“Bu əməl heç bir siyasi, əxlaqi, insani, dini dəyərə uyğun deyil”
“İranın Azərbaycana qarşı hücumu qonşuluq haqlarına xəyanətlə yanaşı İslam prinsiplərinə qarşı çıxmaqdır. Naxçıvan Muxtar Respublikasına edilən dron hücumu heç bir əndazəyə, hüquqa sığmayan düşmənçilikdir. İndiyəcən xalqımıza, dövlətimizə qarşı atmış olduğu çoxsaylı xain addımlara, törətmiş olduğu terror hadisələrinə, təxribatlara, torpaqlarımızı işğal edib genosid törətmiş qüvvələrə açıq dəstəyinə baxmayaraq istəmişik ki, qonşumuz olaraq bu yanlış yoldan əl çəksin, Allahın yoluna gəlsin, düşmən olmayaq. Çünki orada çoxmilyonlu əsir soydaşlarımız var”.
Adalet.az xəbər verir ki, bunu siyasi şərhçi Tural İrfan deyib.
“Ölkədə və bölgədə sabitlik olsun. İqtisadi, siyasi, mədəni, ticari əlaqələri inkişaf etdirək. Aradakı problemləri hər zaman sülh şəraitində, danışıqlar müstəvisində həll etməyə çalışmışıq. İrana qarşı müdaxilə zamanı heç bir kənar qüvvəyə ölkəmizdən dayaq nöqtəsi verməmişik. Əksinə, baş verən gərginliyi azaltmağa, müharibəni uzaqlaşdırmağa çalışmışıq, buna hər cür diplomatik səy göstərmişik. Nəhayət ən son hadisələrdə vəfat etmiş İran rəhbərliyinə dövlət başçısı səviyyəsində, birbaşa səfirliyə gedilərək baş sağlığı verilib. İran XİN-in müraciətinə müsbət cavab olaraq Livandan çıxması problemə çevrilmiş şəxslərin ölkələrinə dönməsi üçün yenə də Prezident səviyyəsində köməklik göstərilib. Və bu kimi yaxşılıqların qarşılığında İran Naxçıvana dron zərbələri endirib. Bu əməl heç bir siyasi, əxlaqi, insani, dini dəyərə uyğun deyil. Bu, olan - qalan bütün etibarı, etimadı da itirməkdir. Müqəddəs dəyərləri, dini, İslam Peyğəmbəri Həzrət Muhəmməd və Əhli Beytini əldə bayraq dildə şüar edənlərin bu əməli eyni zamanda bu dəyərlərə xəyanət və təhqirdir.İmam Hüseyn öz ölümü ilə başqalarına həyat verdi. Amma bu gün onun adını bayrağa yazanlar "mən ölürəmsə qoy hamı ölsün" prinsipi ilə fitnə-fəsad çıxarmağa səy göstərirsə ən azı müqəddəs - ali dəyərlərin istismar edilib tapdalanmaması üçün etirazımızı ifadə etməliyik.Vətən, torpaq, din və ali dəyərlər bizim üçün toxunulmaz və müqəddəsdir. Bu toxunulmazlığa əl uzadanların tövbəsi, üzrü vacibdir...Ulu Tanrı qüdrətli Azərbaycan dövlətini, şanlı ordumuzu, şərəfli xalqımızı, etibarlı dostlarımızı və müzəffər rəhbərimizi qorusun”, - deyə o, bildirib.
Vasif ƏLİHÜSEYN
Digər Xəbərlər
06 Mart 2026 15:01
24 Çin vətəndaşı İrandan Azərbaycana keçdi
06 Mart 2026 14:55
Gəncə–Mingəçevir marşrutu üzrə qatar reysləri təşkil edildi
06 Mart 2026 12:46
Leyla Əliyeva Bakı Beynəlxalq Multikulturalizm Mərkəzində olub - FOTOLAR
06 Mart 2026 12:43


Bakı -°C

