Bazarlara yolunuz düşsə...
Hələ Novruz bayramına bir ay qalmış bütün kənd təsərrüfatı və ərzaq məhsullarının qiyməti artıb. Bunun üçün Məşədi İbad demişkən " Tarixi- Nadiri" yarısına qədər oxumaq lazım deyil.
Elə sadəcə Bakının hər hansı bazarına baş çəkmək kifayət edir! Mən də Su çərşənbəsi günü ən ucuz qiymətə məhsullar satılan 8- ci Kilometr bazarına üz tutdum. Qoz , fındıq, badam, şabalıd, kişmis, eləcə də mer- meyvələr, kartof, soğan, ət və ət məhsulları , balıq çox baha qiymətə satılırdı.
Adı günlərdə kiloqramı 3 manat, 3 manat 50 qəpiyə satılan köbələk, Su çərşənbəsində 4 manat, 4 manat 50 qəpiyə satılırdı. Hələ bayrama bir ay var , ha! Görün bayrama bir həftə qalmıs bu məhsulların qiyməti nə qədər olacaq? Yəni bütün bazarlarda qiymətlər od tutub yanır.
380 manat pensiya alan insanlar bu bahalıqda hansı pulla bayram sovqatı ala bilər? Söhbət ondan gedir ki,həmişə olduğu kimi, bazarlarda və marketlərdə sünü qiymət artımı var. Və insanlar da bundan çox narazıdırlar. Aidiyyəti dövlət qurumları isə bu mənzərəni görür və hər bayramda olduğu kimi susur.8- ci Kilometr bazarının ətrafında küçə ticarəti də tüğyan edir. İcra orqanları isə buna göz yumur! Çox təəsüf !!!
Emil FAİQOĞLU
Digər Xəbərlər
24 Fevral 2026 14:02
“Azərbaycanın təxminən 1 ildən bir qədər artıq su ehtiyatı var”
24 Fevral 2026 13:08
Sifarişli daşımalara buraxılış vəsiqəsinin verilməsi üçün tələblər sərtləşdirilir
24 Fevral 2026 13:02
Çöküntü və süxurların istifadəsinin hüquqi əsası yaradılır
24 Fevral 2026 13:02
Sakinlər kommunal borcu ödəmirlər
24 Fevral 2026 12:59
Dağ-mədən işləri ilə əlaqədar istehsal tullantılarından istifadə ediləcək
24 Fevral 2026 12:34
Sabah hava çiskinli olacaq - PROQNOZ
24 Fevral 2026 12:11
Həccə getmək istəyənlərin sayı artdı
24 Fevral 2026 11:57


Bakı -°C

