Sakinlər kommunal borcu ödəmirlər
Ötən əsrin 80- ci illərində inşa edilmiş doqquz mərtəbəli əksər kooperativ binalarda yaşayan sakinlərin bir çoxu kommunal xidmətlərə olan borclarını ödəmirlər. Bunun da obyektiv və subyektiv səbəbləri var. Amma gəlin, onunla razılaşaq ki, pul ödənilməməsinin başlica səbəbi subyektiv amillərdir.
İşığın, qazın, suyun pulu əksər sakinlər tərəfindən ödənilir. Çünki o borclar ödənilməyəndə mənzillərə bu enerjilərin verilməsi bir qayda olaraq dayandırılır. Təəssüf ki, istilin verilməsində yığılan borclara görə, onu dayandırmaq mümkün deyil. Belə ki, istilik sayğacı yoxdur və belə vəziyyət yarananda gərək bütün binanın, yaxud da blokun istiliyi kəsilsin. Bu addım da atılanda digər pul ödəyən abonentlərin hüquqi pozulur və onlar haqlı narazılıq edirlər.
Bunlar hamısı aydındır. Ancaq aydın olmayan odur ki, Yeni Günəşli yaşayış sahəsinin"D" massivi, bina 13-ün sakinlərinin əksəriyyətinin istiliyə və məişət tullantılarının daşınmasına, həyətin təmizlənməsinə, binanın və blokların işıqlandırılmasına böyük məbləğdə borcları var. Bu barədə Mənzil Tikinti Kooperativinin sədri Fərman müəllim öz narahatlığını bildirdi. O dedi ki, binamızın Lift İdarəsinə və Mənzil Kommunal Təsərrüfatı Birliyininə borcu var. Sakinlər borcu ödəmədiyinə görə,bəzən məlum qurum məişət tullantılarını aparmır və nəticədə antisanitariya yaranır. Biz sakinlər arasında nə qədər maarifləndirmə işləri aparsaq da ,bunun elə bir nəticəsi olmur. Ən yaxsı halda 144 mənzildən .30-40 məişət tullantılarına olan borcları ödəyir.
Ayrı sakinlərlə söhbətimiz zamanı onlar deyirlər ki,imkanımız yoxdur,pensiya alanda pul verərik. Amma heç imkanı olanlar da , məişət tullantılarına olan borcların ödəmir və nəticədə sədr kimi mən çıxılmaz vəziyyətə qalıram! Aidiyyəti qurumlar isə bizdən borcların tələb edir. Camaatı da başa düşürük ey, gərək onlar bizi başa düşsünlər!!!
Emil FAİQOĞLU
Digər Xəbərlər
25 Mart 2026 13:13
Prezident “Abşeron” Batareya Enerji Saxlanc Mərkəzinin açılışında - FOTOLAR
25 Mart 2026 11:41
Sumqayıtda xeyir-şər evlərinin fəaliyyəti dayandırılıb? - RƏSMİ AÇIQLAMA
25 Mart 2026 11:33
Bəzi ərazilərə yağış yağır - FAKTİKİ HAVA
24 Mart 2026 17:13


Bakı -°C

