Azərbaycan, İran və Gürcüstan nəqliyyat nazirləri Bakıda görüşəcək
İranın yol və şəhərsalma naziri Fərzanə Sadiq Bakıya səfəri zamanı İran-Azərbaycan-Gürcüstan üçtərəfli dəhlizinin aktivləşdirilməsinin vacibliyini bildirib.
Adalet.az xəbər verir ki, Fərzanə Sadiq Bakıda Azərbaycanın rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyevlə görüşüb.
Görüşdə iki ölkə arasında nəqliyyat əməkdaşlığının son vəziyyətinə baxılıb və tərəflər mövcud maneələri, xüsusən də iki ölkə ərazisində sürücülərin hərəkəti ilə bağlı məsələləri nəzərdən keçirərək, problemlərin həllinin sürətləndirilməsinin və icra qərarlarının qəbul edilməsinin zəruriliyini vurğulayıblar.
Bununla əlaqədar qaldırılan məsələlərin izlənməsi və həlli üçün lazımi göstərişlər verilib. Hər iki tərəf bu tranzit marşrutun icra istiqamətlərinin möhkəmləndirilməsi və lazımi koordinasiyanın yekunlaşdırılması məqsədilə İran–Azərbaycan–Gürcüstan dəhlizinin işinin gücləndirilməsi məqsədilə bu il Bakıda üç ölkənin nazirlərinin birgə görüşünün keçirilməsi barədə razılığa gəlib.
Əldə olunmuş razılaşmalara əsasən, iki ölkənin birgə Nəqliyyat Komitəsi bir aydan gec olmayaraq toplanmalı və mövcud maneələrin aradan qaldırılması və nəqliyyat əməkdaşlığının inkişafı üçün lazımi qərarlar qəbul etməlidir.
Qeyd edək ki, fevralın 23-də Bakıda Azərbaycan Respublikası ilə İran İslam Respublikası arasında iqtisadi, ticarət və humanitar sahələrdə əməkdaşlıq üzrə Dövlət Komissiyasının 17-ci iclası keçirilib, anlaşma memorandumu imzalanıb. (Apa)
Digər Xəbərlər
26 Mart 2026 11:23
İlham Əliyev Banqladeş Prezidentini təbrik edib
26 Mart 2026 11:16
“Paşinyan ağıllansa da, Sarkisyan və Köçəryan...” – Politoloq
25 Mart 2026 20:19
"Ermənistan və Azərbaycan arasında sülh artıq öz etibarlılığını sübut edib" - Mirzoyan
25 Mart 2026 18:11
Sahibə Qafarova ilə görüşdə Azərbaycana təşəkkür etdi - FOTOLAR
25 Mart 2026 11:37
İlham Əliyev yunanıstanlı həmkarını təbrik etdi
25 Mart 2026 11:01
“Müharibənin daha üç il davam etməsi silah-sursat qıtlığına səbəb olacaq”
25 Mart 2026 10:07
“ABŞ-nin Tehranda dəyişə bilmədiyi rejimlə əməkdaşlığı təəcüblü deyil...”
25 Mart 2026 10:05


Bakı -°C

