adalet.az header logo
  • Bakı -°C
23 Fevral 2026 13:57
112
SİYASƏT
A- A+

Rusiya Ermənistanda seçkilər günü hərbi müdaxilə edə bilər - Politoloq

“Ermənistanda parlament seçkiləri yaxınlaşdıqca Rusiya Gümrüdəki 102-ci bazasında aktivliyi artırır. Xüsusilə, bu hərbi hissə bir növ Ermənistan müxalifətinin "Seçki Qərargahı" funksiyasını həyata keçirir. Təbii ki, erməni müxalif siyasətçilər hərbi hissəyə getməsə də, Rusiya erməni müxalifətini buradan idarə edir”.

Adalet.az xəbər verir ki, bunu politoloq Məhəmməd Əsədullazadə deyib. 

Onun fikrincə Ermənistanda seçkilərə az qalmış Gümrüdə 102-ci baza təlim adı ilə sahəyə çıxması istisna deyil:

“Nikol Paşinyanın da daha çox çəkindiyi məhz Rusiyanın 102-ci bazasının silahlı təxribatlara getməsidir. Rusiya seçkilər günü silahlı instdentlər törədir və 102-ci baza Yerevanda "rus vətəndaşlarını" qorumaq üçün hərəkətə keçir. Nəticədə N.Paşinyanı devirib, Samvel Karapetyanın partiyasını iqtidara gətirmək planı mümkün ssenaridədir. Ermənistan müxalifəti Rusiyanın dəstəyi ilə silahlı insidentlər həyata keçirməsi gözlənilir. Rusiya Ermənistanda baş verən siyasi prosesləri öz geosiyasi mövqelərinə təhdid hesab edir”.

Vasif