ABŞ və İran müharibəyə hazırlaşır - Politoloq
“Cenevrədə keçiriləcək ABŞ-İran danışıqlarının müsbət nəticə verməsi gözlənilmir. İran prezidenti danışıqlarda və razılığın əldə edilməsində maraqlıdır. Amma, Ali dini rəhbər və SEPAH öz mövqeyindən geri çəkilmir”.
Adalet.az xəbər verir ki, bunu politoloq Məhəmməd Əsədullazadə deyib.
O, bildirib ki, həm ABŞ, həm də, İran danışıqların nəticə verməyəcəyinin fərqindədir:
“Məhz buna görə ABŞ İran ətrafına uzun müddətli hərbi əməliyyatlar üçün qoşunlarını toplayır. İran isə vaxt qazanaraq Çindən havadan müdafiə sistemləri və müasir qırıcılar alır. Hər iki tərəf danışıqlar aparsa da, müharibəyə hazırlaşır. İranda siyasi sistemin dəyişməsi polimikatı. İran şahının oğlunun hakimiyyətə gəlməsi mümkün deyil. Sadəcə ABŞ və İsrail ondan İran rejiminə qarşı siyasi və psixoloji təzyiq kimi istifadə edir. İran hakimiyyəti də bilir ki, Rza Pəhləvini İran xalqı qəbul etməz. İran xalqı bir rejimdən qurtarıb, digər rejimə keçməz. Onu da qeyd edim ki, ABŞ İranla müəyyən şərtlərlə razılığa gedə bilər. Amma, İsrail faktoru Donald Trampı çətin vəziyyətə salır”.
Vasif ƏLİHÜSEYN
Digər Xəbərlər
17 Fevral 2026 11:36
“Bu həll qətiyyən mola rejiminin maraqlarına uyğun olmayacaq...”
17 Fevral 2026 11:33
İlham Əliyev Çin sədrini təbrik etdi
17 Fevral 2026 09:54
Azərbaycan orqan alverinə qarşı Konvensiyaya qoşulur
16 Fevral 2026 18:14
Builki Münxen Konfransı fərqli çağırışlarla yadda qaldı
16 Fevral 2026 18:10
“Münxen platformasında da Azərbaycan vacib tərəfdaş kimi qəbul olunur”
16 Fevral 2026 15:54
Hələ də müharibə riski var... - Səxavət Məmməd yazır
16 Fevral 2026 14:20
İlham Əliyevin Serbiyaya səfəri başa çatdı - FOTOLAR
16 Fevral 2026 13:22


Bakı -°C

