Əbülfət Mədətoğlu: Ürəyim...
Çiliklənir, su üstəki kölgə tək
Ləpələrin axınında ürəyim..
Dönüb olur sədəf boyda bölgə tək -
Ürəyinin yaxınında, ürəyim!
Damarında acı olan şirində,
Bir ümidi daşa dəyir, birin də -
Cücərdiyin hiss eləyir dərində -
Hər sözünün axırında, Ürəyim!
Zaman səssiz , günlərimi ələyir,
İçimdəki tənhalığım mələyir...
Büküb səni varlığına, bələyir -
Bu həsrətin , daxılında, ürəyim!..
Söykəyidi ilk anımdan göz gözün
Alovunda yana - yana köz - közün!
Əbülfət ki, gizlətməyir öz- özün -
Açıb tökür paxırını, Ürəyim!
Digər Xəbərlər
26 Iyul 2026 13:13
Nəriman Həsənzadə süni tənəffüs aparatına qoşuldu
24 Iyul 2026 14:08
“Vaqif Poeziya Günləri”nin keçirilməsi nadir sənət və mədəniyyət hadisəsidir"
24 Iyul 2026 13:48
İsmayıl Qarayevə həsr olunan “Ədəbiyyat Günləri” - GORANBOYDA
23 Iyul 2026 18:37


Bakı -°C

