"Azərbaycan xalqını çox yükləyiblər lazımsız ideya və fikirlərlə..."
"Ölkə başçısı “Azərbaycan Mədəniyyəti – 2040” Azərbaycan Respublikasının Mədəniyyət Konsepsiyası"nı təsdiqləyib. İndi ən böyük sual 2040-cı ilə hansı mədəni yolla, hansı mədəni irsin varisləri olaraq gedəcəyimizdir. Bu barədə tez-tez yazılarımız olacaq".
Adalet.az xəbər verir ki, bunu yazıçı Aqşin Yenisey deyib.
"Hələlik əlüstü bir məsələyə toxunmaq istəyirəm: "ov", "yev"ləşdirilmiş soyadlarımıza. Bu, milli kimliyi yenidən şəkilləndirmək üçün çox ciddi məsələdir. Bu məsələ 1993-cü ildən başlayaraq bu günə kimi tam olaraq öz həllini tapmayıb. Lı, li, lu, lü, zadə, oğlu və s. variantlar təklif və qəbul edilib, amma əhalinin böyük qismi hələ də ov, yev olaraq irsi yoluna davam edir.
Hamının bildiyi mətləbləri yazıb köhnə palan içi eşmək fikrim yoxdur. Düşüncəm budur ki, biz 2040-cı ilə bir millət olaraq arınma yoluyla getməliyik. Müxtəlif siyasi, dini ideologiyalar tərəfindən süni şəkildə milli kimliyimizə, dilimizə, ədəbiyyatımıza, tariximizə iri və qaba tikişlərlə yamanmış yamaqları sökə-sökə yollanmalıyıq.
Vətəndaşların özlərinə soyad seçmələri sadələşdirilməlidir, daha sərrast ifadə ilə desək, ASANlaşdırılmalıdır. Düzdür, bu gün də bu mümkündür, amma o qədər vaxt aparan prosesdir ki, yalnız prinsipial vətəndaşlarımız öz ömürlərindən kəsib öz soyadlarına xərcləyirlər.
Sizi deyə bilmərəm, şəxsən mən xaricdə uğur qazanmış bir vətəndaşımızın soyadını "məmmədov", "vəliyev" və s. kimi oxuyanda elə bilirəm o şəxs bizi yox, yenə də sovet ittifaqını təmsil edib uğur qazandığı ölkədə.
Azərbaycan xalqını çox yükləyiblər lazımsız ideya və fikirlərlə. İlk işimiz 2040-cı ilə yol alan gəmini bu lazımsız, faydasız yüklərdən azad etmək olmalıdır", - deyə o, bildirib.
Vasif ƏLİHÜSEYN
Digər Xəbərlər
24 Oktyabr 2026 17:12
İlyas Əfəndiyevin xatirəsi Bakı Bələdiyyə Teatrında yad edildi
24 Oktyabr 2026 17:10
XII BEYNƏLXALQ BAKI KİTAB SƏRGİSİ — DÜNYANI BİRLƏŞDİRƏN SÖZ, ƏDƏBİYYAT VƏ MƏNƏVİ DƏYƏRLƏR
24 Oktyabr 2026 17:06
Ayaz Arabaçının ŞEİRLƏRİ
23 Oktyabr 2026 20:22
Bakıda “Çanaqqaladan Bakıya – Ortaq Sivilizasiya” sərgisi açılacaq
23 Oktyabr 2026 16:11
“Bu gün islam dünyasında baş verənlərin bir adı var: Cəhalətin Renessansı!”
22 Oktyabr 2026 12:57
Özü taleyindən gözəl sənətkar - Əntiqə Kərimzadə yazır…
21 Oktyabr 2026 18:24
Havalı Alı - Rüstəm Dastanoğlunun yeni hekayəsi
21 Oktyabr 2026 13:39


Bakı -°C

