"Vətəndaş müharibəsi baş verərsə, Azərbaycan öz soydaşlarını müdafiə etməlidir"
"ABŞ İranın hərbi və siyasi mərkəzlərinə, strateji obyektlərinə qarşı hərbi əməliyyatlar keçirməsi gözlənilir. Plan İranda hakimiyyəti deyişmək və yeni bir sistem formalaşdırmaqdir".
Adalet.az xəbər verir ki, bunu politoloq Məhəmməd Əsədullazadə deyib.
Onun sözlərinə görə, ABŞ İranla ticarət edən ölkələrə qarşı rüsum tətbiq etməsi, hərbi qüvvələrini Yaxın Şərqə göndərməsi, etiraz aksiyasını dəstəkləməsi böhranı daha da inkişaf etdirir:
"İrana qarşı hərbi əməliyyatlar İsrailə qarşı və ABŞ bazalarının raketlərlə vurulmasına başlanılacaq. İranla müharibə uzun müddətli və yorucu ola bilər. Hakim rejim təslim olmayacaq. ABŞ hücumu fonunda küçələrdən etirazçı insanlar çəkiləcək.
İranda qeyri -sabitlik Azərbaycanın təhlükəsizlik maraqlarına cavab vermir".
Politoloq deyib ki, Azərbaycan İranda baş verənlərə səthi yanaşmır, strateji planla hərəkət edilməlidir:
"Birincisi, İran qonşu ölkədir. Orada hansı sistemin hakimiyyətdə olması Azərbaycan üçün önəmlidir. İkincisi, İranda 40 milyona yaxın azərbaycanlılar var. Onlar İranda zəif duruma düşərsə, vətəndaş müharibəsi baş verərsə, Azərbaycan öz soydaşlarını müdafiə etməlidir.
İranda R. Pəhləvini Vaşinqton hakimiyyətə gətirmək planı tam aydın olarsa, demək, ABŞ İranın parçalanmasında və federallaşmasında maraqlı deyil".
Vasif ƏLİHÜSEYN
Digər Xəbərlər
14 Yanvar 2026 15:00
Ukraynanın yeni müdafiə naziri təyin edildi
14 Yanvar 2026 14:31
Hindistan vətəndaşlarını İranı tərk etməyə çağırıb
14 Yanvar 2026 14:21
ABŞ hərbçilərinə Qətərdəki bazanı tərk etmək tövsiyə edilib
14 Yanvar 2026 13:39
Paşinyan Cənubi Qafqazı təhlükəsiz mühit adlandırdı
14 Yanvar 2026 13:14
Türkiyədə daha bir bələdiyyədə əməliyyat keçirilib - Saxlanılanlar var
14 Yanvar 2026 12:37
Yuliya Timoşenkonun ofisində axtarış aparıldı
14 Yanvar 2026 12:28
Donald Tramp: "ABŞ-ın İranla bağlı son məqsədi-qələbədi"
14 Yanvar 2026 12:21


Bakı -°C

