"Dialoq imkanları tükənib, növbədə xarici müdaxilədir"
"Hadisələrin gedişatı göstərir ki, İran Prezidenti Məsud Peşezkian vəziyyətə nəzarəti tam itirib. Onun etirazın ilk günlərində “dialoq quraq” və “etirazçılara atəş açmayın” çağırışlarını eşidən olmadı. İslam Keşikçiləri Koprusu öz bildiyini edir, əmr ali dini lider və azğınlaşmış generallardan gəlir".
Adalet.az xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu deyib.
"Onların itirəcəyi heç nə yoxdur, ona görə “öldür” əmri veriblər. qətliamın miqyası genişlənib. Məsud Pezeşkianın yeni açıqlamasının da əhəmiyyəti yoxdur. O yenə deyib ki, vətəndaşların dinc şəkildə etiraz etmək hüququ var və hökumət xalqın səsini dinləməyə hazırdır. Pezeşkian bunun ardınca, “eyni zamanda zorakılıq və iğtişaşların qəbuledilməzdir və bu cür hallara qarşı sərt tədbirlər görüləcək”. İnsanlara atəş açanlar dinc etirazçılarla iğtişaşçılar arasında fərq qoymur, ölənlər arasında hər ikisi var. Dialoq imkanları tükənib, növbədə xarici müdaxilədir", - deyə o, bildirib.
Vasif ƏLİHÜSEYN
Digər Xəbərlər
14 Yanvar 2026 13:14
Türkiyədə daha bir bələdiyyədə əməliyyat keçirilib - Saxlanılanlar var
14 Yanvar 2026 12:37
Yuliya Timoşenkonun ofisində axtarış aparıldı
14 Yanvar 2026 12:28
Donald Tramp: "ABŞ-ın İranla bağlı son məqsədi-qələbədi"
14 Yanvar 2026 12:21


Bakı -°C

