Ağdərənin Baş planı hazırdır
İşğaldan azad edilən Ağdərə şəhərinin baş planı hazırdır.
Adalet.az xəbər verir ki, bu barədə Prezidentin izi ilə şəhərə təşkil edilən mediatur çərçivəsində bildirilib.
Qeyd olunub ki, Ağdərə şəhərinin Baş planı artıq təqdim edilib və buna əsasən şəhərdə əhalinin məskunlaşma ərazisi artırılacaq. Belə ki, şəhərin hazırda 444 hektar təşkil edən ərazisi 522 hektara çatdırılacaq. Həmçinin 20 illik perspektiv dövr üçün şəhər əhalisinin sayının 14 min nəfər olması proqnozlaşdırılır.
Baş planın konseptual sxeminə şəhər mərkəzi, fərdi və azsıxlıqlı yaşayış sahələri, çoxfunksiyalı və ictimai-işgüzar zonalar daxildir. Bundan başqa, şəhərdə çayətrafı bulvar, terras parkı, aqroturizm, sənaye və logistika zonalarının yaradılması planlaşdırılır.
Eyni zamanda, Baş planla yanaşı, Ağdərə şəhərinin birinci mərhələdə yenidən qurulacaq ərazisi üzrə müfəssəl həllər də hazırlanıb. Həmçinin Ağdərə şəhərinin mənzil fondunun 420 min kvadratmetr olması nəzərdə tutulub. O cümlədən, şəhərdə 80 çarpayılıq xəstəxana, 2520 şagird yerlik 5 məktəb binası, 840 yerlik 5 uşaq bağçası, peşə məktəbinin inşası planlaşdırılır. Birinci mərhələdə 104 hektar olan şəhər mərkəzinin inkişaf etdirilməsi nəzərdə tutulur.
Ağdərə şəhərində əhalinin məskunlaşdırılmasına gəlincə, 2030-cu ilədək şəhərdə 3 min 590 nəfərin məskunlaşması mümkün olacaq. Burada yol və küçələrin uzunluğu 46,8 kilometr, velosiped zolaqlarının uzunluğu isə 10 kilometr təşkil edəcək. Layihə çərçivəsində ictimai və yaşayış binalarının memarlıq həlləri də işlənilib.
Digər Xəbərlər
14 Yanvar 2026 13:00
Naxçıvanda qarın hündürlüyü yarım metrdən çoxdur
14 Yanvar 2026 12:29
Bakıya yağış, rayonlara qar yağacaq - SABAHIN HAVASI
14 Yanvar 2026 10:29
Bakıda 4 dərəcə şaxta var - FAKTİKİ HAVA
13 Yanvar 2026 18:27
Prezident Ağdərədə sakinlərlə görüşdü - FOTOLAR + YENİLƏNİB
13 Yanvar 2026 16:53
Prezident Çıldıran kəndindəki işlərlə tanış oldu - FOTOLAR + YENİLƏNİB
13 Yanvar 2026 16:21
Hava şəraiti ilə bağlı gəmilərə xəbərdarlıq edildi
13 Yanvar 2026 15:41
İlham Əliyev Heyvalı kəndində görülmüş işlərlə tanış oldu - FOTOLAR + YENİLƏNİB
13 Yanvar 2026 13:29


Bakı -°C

