“İran mühafizəkarları ABŞ qəti addımlar atana qədər ölkədəki etirazları zor gücünə...”
“İranı idarə edənlər ABŞ və onun Prezidenti Donald Trampı hədələmələrinə baxmayaraq, indiki ağır vəziyyətdə Ağ Ev sahibi ilə müzakirələri lazım biliblər. Çünki, bilirlər ki, Donald Tramp “İrana müdaxilə edə bilərik” deyərkən real addımlar ata bilər. Görünür, İran mühafizəkarları bunu önləmək üçün xarici işlər naziri Abbas Əraqçiya ABŞ Prezidentinin xüsusi nümayəndəsi Stiv Uitkoffla təmas qurmağı tapşırıblar”.
Adalet.az xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu deyib.
“Böyük ehtimalla İran Prezidenti Məsud Pezeşkian da Vaşinqtonla dialoqun tərəfdarıdır. Tramp hələ İrana zərbə vurmağın tərəfdarı deyil. Çünki, ona təqdim edilən hesabatlarda raket zərbələrinin mühafizəkarların işinə yarayacağı, onların düşmənə qarşı İran cəmiyyətini biləşdirə biləcəyi göstərilir. Ancaq tərsi də mümkündür. Zərbələr İranda daxili qarşıdurmanın artmasına da şərait yarada bilər ki, mühafizəkarlar bundan ehtiyat edirlər. Tramp bu iki yanaşma arasında qərar verməkdə çətinlik çəkir. İran mühafizəkarları isə vaxt udmağa, ABŞ qəti addımlar atana qədər ölkədəki etirazları zor gücünə boğmağa çalışırlar”, - deyə o, bildirib.
Vasif ƏLİHÜSEYN
Digər Xəbərlər
02 Aprel 2026 21:00
Pezeşkian İlham Əliyevə zəng etdi
02 Aprel 2026 17:43
BMT-də Azərbaycanın təşəbbüsü ilə qətnamə qəbul edildi
02 Aprel 2026 14:44
“Aprel döyüşləri böyük zəfəri daha da yaxınlaşdırdı...” – Hərbi ekspert
02 Aprel 2026 14:32
Cevdet Yılmaz: Yaxın zamanda daha çox inkişaf etmiş Qarabağı görəcəyik
02 Aprel 2026 14:14
Paşinyan Putinin hər təklifinə faktiki mənfi cavab verdi – Politoloq
02 Aprel 2026 14:08
Prezident Zəngəzur dəhlizinin icrasından danışdı
02 Aprel 2026 14:07
"Azərbaycan Türk Dövlətləri Təşkilatının inkişafına böyük töhfə verir və verəcək" - İlham Əliyev
02 Aprel 2026 13:58


Bakı -°C

