“Əgər şəhər böyüyür, amma bu göstəricilər yaxşılaşmırsa...”
“2026-cı ilin Şəhərsalma və Memarlıq ili elan olunması şəhərlərə rasional və iqtisadi sistem kimi yanaşmaq üçün fürsət yaradır. Şəhərsalmanın əsas xüsusiyyəti ondan ibarətdir ki, bu sahədə buraxılan səhvləri çox vaxt düzəltmək olmur. İnfrastruktur düzgün qurulmadıqda və məkan real ehtiyaclara uyğun planlanmadıqda sonradan bu boşluqları aradan qaldırmaq çətinləşir”.
Adalet.az xəbər verir ki, bunu iqtisadçı Eldəniz Əmirov deyib.
“Bu isə iqtisadi baxımdan məhsuldarlığın azalması, əlavə ictimai xərclərin artması və uzunmüddətli vaxt itkisi ilə nəticələnir. Zamanın qiyməti o həddə yüksəlib ki, vaxt itkisi, artıq ömür itkisidir. Odur ki, şəhərsalma iqtisadi baxımdan vaxt itkisi, əmək bazarının səmərəliliyi və şəhər məkanının iqtisadi fəaliyyəti nə dərəcədə asanlaşdırması kimi konkret göstəricilər əsasında qiymətləndirilməlidir. Əgər şəhər böyüyür, amma bu göstəricilər yaxşılaşmırsa, məsələ şəhərin miqyasında deyil, plan və icraya dair qərarların məntiqindədir. Şəhərsalma və Memarlıq ili məhz bu məntiqin növbəti şəhərsalma fəaliyyətləri zamanı daha rasional formalaşmasına töhfə verə bilər”, - deyə o, bildirib.
Vasif ƏLİHÜSEYN


Bakı -°C

